Redaktor
İcra başçısı buna görə şiddətli töhmət alıbmış...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.
Valyuta.Az Unikal.az-a istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində yoxlama aparılıb. Yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
Həmçinin məlum olub ki, O.Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə 5 nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.
O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.
İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:
Quliyev Elvin – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,
Bayramov Şahin – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,
Quliyev Samir – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.
Qeyd edək ki, O.Hüseynzadə açıqlama verərək şiddətli töhmət almasına münasibət bildirib:
"Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz. İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025