"Huawei"nin çip sirrlərini oğurlayan keçmiş işçilərinə həbs cəzası verildi

Redaktor

06.08.2025 21:46
220

"Huawei"nin çip sirrlərini oğurlayan keçmiş işçilərinə həbs cəzası verildi

Şanxay Xalq Məhkəməsi "Huawei"nin "HiSilicon" adlı yarımkeçirici şöbəsinin məxfi inkişaf məlumatlarını qanunsuz mənimsəməkdə təqsirli bilərək 14 keçmiş işçi barəsində hökm çıxarıb.

Valyuta.az xəbər verir ki, bu barədə "GizmoChina" yazıb.

Məhkəmənin versiyasına görə, iştirakçılar "Huawei"dən ayrılaraq öz şirkətləri olan "Zunpair Communication Technology"ni qurublar və oğurlanan çip texnologiyalarını öz kommersiya fəaliyyətlərində istifadə ediblər. Məhkəmə, "Huawei"ə məxsus intellektual mülkiyyət hüquqlarının qanunsuz istifadə edilməsi faktını müəyyən edib.

İstintaq nəticəsində ittiham olunan şəxslərə 6 ilədək həbs cəzası və pul cərimələri tətbiq edilib. Cərimələrin dəqiq məbləğləri açıqlanmayıb.

Xəbərin dərc olunduğu vaxta qədər məhkəmə qərarının tam mətni ictimailəşdirilməyib. Məhkumların hökmə etiraz edib-etməyəcəyi məlum deyil. "Huawei" nümayəndələri isə hökmü hələ şərh etməyiblər.

"HiSilicon Technologies Co." - "Huawei"nin yarımkeçirici məhsulların inkişafı üzrə ixtisaslaşmış bölməsidir. Şirkət istehlak elektronikası, rabitə vasitələri və optik cihazlar üçün inteqral sxemlər hazırlayır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...