Redaktor
Hesablama Palatasından büdcənin icrası ilə bağlı xəbərdarlıq - Riskin səbəbi nədir?
Hesablama Palatası 2025-ci ilin ilk yarısına dair dövlət büdcəsinin icrası üzrə təhlillərində bir sıra risklərlərlə bağlı xəbərdarlıq edib. Bir sıra məsələlərə açıqlama verən qurum həmçinin vurğulayıb ki, bəzi xərc istiqamətləri üzrə büdcə intizamı aşağı səviyyədə qalmaqdadır. Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,1 milyard manat icra olunub ki, bu da illik təsdiq edilmiş məbləğin cəmi 41,3 %-ni təşkil edir.
Yanvar-iyun dövründə xərclərin yalnız 41,3 %-nin icra olunması nədən xəbər verir? Bu, sosial və infrastruktur layihələrinə necə təsir göstərə bilər?
Valyuta.az-ın suallarını şərh edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, uzun illər dövlət büdcəsinin hər istiqaməti ilə bağlı müəyyən açıq suallar və problemlər gündəmdə olub:
"Hazırda bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsinin şahidi oluruq. Dövlət qurumlarının rast gəlinən reaksiyalarından görünür ki, büdcə xərclərinin idarə edilməsində yeni yanaşmanın təsiri hiss edilməkdədir. Qeyd edim ki, bu problemlərin həlli ilə bağlı elektron sisteminin yaradılması haqqında ölkə başçısının fərmanı da var. Bu fərmandan irəli gələn məsələlər öz həllini tapıb, proses tam nizama düşdükdən sonra, düşünürəm ki, bu istiqamətdə ciddi dəyişikliklərin baş verəcəyini biz görə biləcəyik. Söhbət təqribən 40 milyarda yaxın xərc istiqamətindən gedir".
Eldəniz Əmirov bildirib ki, bu prosesin texniki baxımdan idarə edilməsi asan deyil:
"Ona görə də düşünürəm ki, bu problemlər mərhələli şəkildə həll olunacaq. Hələ kifayət qədər problemlərin olduğu bir vaxtda, onların həllinə yönəlik sistemli addımları atmaq və qısa müddətdə nail olmaq çox çətin məsələdir. Ona görə də inanıram ki, Hesablama Palatasının iradları mərhələli şəkildə öz həllini tapacaq. Amma bunun 2025-ci ilin sonuna qədər həll eidiləcəyini düşünmürəm. Eyni zamanda 2026-cı ildə bu məsələ ilə bağlı problemlərin və iradların aradan qaldırılması ehtimalı azdır. Bu proses davamlı aparıldıqca, 2027-ci ilin büdcə xərclərinə dair yekun hesabatda bu günki mənzərə ilə müqayisədə kifayət qədər təkmil bir mənzərənin olacağını görə biləcəyik. Hər halda bunun ehtimalı çox böyükdür".

Dövlət büdcəsi xərclərinin 17.1 milyard manat, yəni illik təsdiq edilmiş məbləğin cəmi 41,3% icra olunmasının səbəbləri haqqında da danışan Eldəniz Əmirov hesab edir ki, bunun da müəyyən səbəbləri var:
"Müxtəlif investiya layihələri həyata keçirilir, müxtəlif ödənişlər olur. Bu proseslər ilin sonuna doğru artır. Ona görə də ilin birinci rübündə və ya ortalarında xərclərin icra olunması bir qədər geri qalır. Düşünmürəm ki, bu icraatın həyata keçirilməsinin mənfi təsirləri var. Bu cür təsirlər dövlət qurumlarının fəaliyyətinə bir qədər mənfi təsir göstərə bilər. Xüsusən də müəyyən layihələrin icrasında gecikmələrə təsir göstərə bilər. Vəsait gecikirsə, o demək deyil ki, layihənin icra prosesi dayanıb. Biz görürük ki, büdcədə nəzərdə tutulan xərcləri sərf etmək üçün nəzərdə tutulan layihələrin icrasında problem var. Yəni, layihə icra edilmirsə, o vəsaitin ödənilməsi mümkün deyil, ödənilsə belə, doğru deyil. Müəyyən layihələrin icrasının gecikməsi, xərclərin icrasının gecikməsinə gətirib çıxarır".
İqtisadçı son olaraq qeyd edib ki, dövlət büdcəsinin xərclərinin doğru idarə edilməsi, mürəkkəb prosesdir:
"Çünki bu xərclərin idarə edilməsi şəffaflıq və kompleks doğru idarəçilik tələb edir. Ayrı-ayrı investisiya layihələri doğru idarə edilməlidir ki, xərclərin icra olunmasıda problem yaşanmasın. Ən müxtəlif dövlət satınalmaları, digər büdcə vəsaiti hesabına həyata keçirilən layihələr və geniş miqyaslı proseslərin hər biri doğru icra edilməlidir ki, onlara yönəldilən xərclərlə bağlı problemlər yaşanmasın".
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025