Həbsxanada hazırladığı resept indi ona milyonlar qazandırır

Redaktor

30.08.2025 08:30
279

Həbsxanada hazırladığı resept indi ona milyonlar qazandırır - SƏHƏR OXUSU

Peşəkar basketbolçu və ipoteka meneceri kimi karyera quran Sandberq (Seth Sundberg), 2009-cu ildə vergi fırıldağı ittihamı ilə həbs olunaraq beş ilini federal həbsxanada keçirdi.

Valyuta.az xəbər verir ki, həbsxanada gündəlik yeməklərin keyfiyyətsizliyi onu öz qranola batonlarını hazırlamağa vadar edib. Yulaf, bal və fıstıq yağından hazırladığı bu batonlar qısa müddətdə populyarlıq qazanıb və ona ayda təxminən 200 dollar qazanc gətirib. Bildirilir ki, bir dəfə 3 min ədəd baton sataraq 1300 dollar xalis gəlir də əldə edib.

Azadlığa çıxdıqdan sonra o, "Defy Ventures" adlı təşkilatın dəstəyi ilə bu ideyanı biznesə çevirib və məhsuluna "Prison Bars" adını verib. Bu ad həm batonlara, həm də həbsxana barmaqlıqlarına işarə edir. Şirkət orqanik, qlütensiz və GMO-suz batonlar istehsal etməklə yanaşı, keçmiş məhkumlara da iş imkanı yaradır. İlk dövrlərdə altı nəfərlik komandanın dörd üzvü sabiq məhkum olub.

"Prison Bars" məhsulları San-Fransiskoda mağazalara çıxarılıb və "Bi-Rite Grocers" kimi zəncirlərdə satılıb. Hətta "Google" ilə əməkdaşlıq da müzakirə olunub.

2017-ci ildə şirkətin illik gəliri 1 milyon dollardan az olsa da, sosial təsiri böyük olub. Sandberqin əsas məqsədi sadəcə biznes qurmaq deyil, keçmiş məhkumlara ikinci şans vermək idi. "Prison Bars" bu gün həm dadlı qəlyanaltı, həm də həyatını sıfırdan quran insanların gücünü simvolizə edən sosial biznes nümunəsi kimi diqqət çəkir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...