Redaktor
Gündəlik gəlir gətirən 5 vərdiş - SƏHƏR OXUSU
Hər kəs daha çox qazanmaq, rahat yaşamaq istəyir. Amma maddi azadlıq yalnız yükək gəlirlə deyil, ağıllı vərdişlərlə qurulur. Bəzən gündəlik həyatımızda etdiyimiz sadə seçimlər uzunmüddətli maliyyə sabitliyinə çevrilə bilər. Pul qazanmağın yolu yalnız işdən deyil, davranışlardan keçir.
Valyuta.az gündəlik gəlir gətirəcək 5 vərdiş və davranışı təqdim edir
1. “Özünə ödə” – gəlirin ilk hissəsi sənindir
Hər maaş aldığında başqalarına yox, əvvəlcə özünə “borc ver”. Məsələn, maaşın 10%-ni dərhal öz yığım və ya investisiya hesabına keçir. Bu, sənin gələcəyin üçün atdığın ən güclü addım olacaq. Maliyyə sahəsində klassik hesab olunan “The Millionaire Next Door” adlı kitabda qeyd olunur ki, zəngin insanlar bu vərdişi illərlə davam etdiriblər və nəticədə maliyyə azadlığına qovuşublar.
2. Maliyyə fərqindəliliyi – puluna diqqət yetir
Pul sadəcə xərcləmək üçün deyil. Onun hara getdiyini izləmək, necə gəldiyini anlamaq, onunla davranmaq – bunlar “maliyyə fərqindəliliyi” adlanır. Georgetown Universitetinin araşdırması göstərir ki, pul haqqında şüurlu düşünən insanlar impulsiv xərclərdən uzaq durur və daha rasional qərarlar verirlər. Yəni puldan qaçmaq yox, onunla dostlaşmaq lazımdır.
3. Büdcə yaz – çünki yazılan unudulmaz
Gəlirin və xərclərin qeyd olunmadığı yerdə pul itir. Sadəcə “xərclərimi bilirəm” deməklə iş düzəlmir. “Zero-based budgeting” adlı metod var – hər manatın konkret adı, vəzifəsi olur. Hətta 5 manatlıq qəlyanaltı belə bu planda yer almalıdır. Bu, nəzarəti sənin əlinə verir və qəfil borclanma hallarını azaldır.
4. Az xərclə, ağılla xərclə
Zəngin insanlar çox qazanıb çox xərcləyənlər deyil. Onlar ağıllı xərcləyənlərdir. İstədiyini deyil, ehtiyacını alan insanlar maliyyə sabitliyinə daha tez çatır. “The Millionaire Next Door” kitabında bu davranış zənginlik vərdişi kimi təqdim olunur. Az xərcləmək – az yaşamaq demək deyil, düşünərək yaşamaq deməkdir.
5. Maliyyə savadlılığı – pulun dilini öyrən
Pulun dilini anlamayan onu itirər. Hər gün 5 dəqiqə olsun, maliyyə ilə bağlı bir şey oxu, dinlə və ya izlə. Bu səni fərqli düşünən, daha ağıllı qərarlar verən biri edəcək. Tiffany Aliche kimi maliyyə ekspertləri qeyd edir ki, maliyyə savadlılığı zənginliyin başlanğıcıdır. Onun “Split it Before You Get It” metodu minlərlə insana öz pullarını düzgün bölməyi öyrədib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026