Fotolarınız, şifrələriniz və daha çoxu… - FreeVPN.One ekran görüntülərinizi hara göndərib?

Redaktor

22.09.2025 13:30
280

Fotolarınız, şifrələriniz və daha çoxu… - FreeVPN.One ekran görüntülərinizi hara göndərib?

Brauzer sistemləri təhlükəsiz görünsə də, istifadəçiləri addım-addım izləyə bildiyi ortaya çıxıb. 

Valyuta.az xəbər verir ki, "Koi Security" adlı kibertəhlükəsizlik şirkətinin hesabatına görə, 100 mindən çox istifadəçinin endirdiyi və "Chrome Web Mağazası"nda "onə çıxanlar" siyahısında yer alan FreeVPN.One əlavəsi, istifadəçilərin brauzer sessiyalarının ekran görüntülərini gizlicə toplayaraq tərtibatçının serverlərinə göndərib.

Məsələ təkcə bu əlavənin ifşa olunması ilə bitmir. Ekspertlərin sözlərinə görə, bu hadisə digər "etibarlı görünən əlavələr də oxşar şəkildə casusluq edə bilərmi?" sualını gündəmə gətirir.

Türkiyənin  Mərmərə Universitetinin müəllimi prof. dr. Ali Murat Kırık, əlavənin Türkiyədə də geniş yayıldığını bildirib: "Xüsusilə pulsuz VPN axtaran istifadəçilər bu əlavəni seçirdi. 100 mindən çox yüklənmə sayı var idi və Türkiyədə də minlərlə insanın brauzerinə quraşdırılmışdı. Lakin pulsuz həll axtarışında daha böyük təhlükəsizlik boşluqlarına qapı açıldı".

Prof. Kırık bunun ilk hadisə olmadığını vurğulayıb: "Əvvəllər reklam əngəlləyici və ya tərcümə əlavəsi adı ilə yayılan proqramların istifadəçilərin səyahət tarixçəsini topladığı, şəxsi məlumatları və hətta kredit kartı bilgilərini sızdırdığı müəyyən edilmişdi".

Ekspertin açıqlamasına görə, "Chrome" əlavələrində ekran görüntüsü alma icazəsi tərtibatçı tərəfindən tələb olunur və istifadəçi quraşdırma zamanı bunu qəbul edəndə, fərqində olmadan əlavəyə bu imkanı verir. "Google"un bu məsələyə müdaxilə etməməsinin səbəbi isə icazələri "istifadəçi seçiminə" buraxmasıdır.

Professor qeyd edib ki, ekran görüntüsü sadəcə məsələnin görünən hissəsidir: "Məsələn, reklam blokerləri kimi görünən bəzi genişləndirmələr əslində istifadəçilərin baxış tarixçəsini toplayır və onların hansı saytlara daxil olduqlarını qeyd edirdi. Bəzi tərcümə və ya qiymət müqayisəsi genişləndirmələrinin istifadəçilərin şəxsi məlumatlarını topladığı və hətta kredit kartı məlumatlarını sızdıra biləcəyi də aşkar edilib".

Onun sözlərinə görə, bu, yalnız rəqəmsal təhlükəsizlik üçün deyil, şəxsi məxfilik üçün də ciddi təhdid yaradır: "Ailə fotoşəkilləriniz və ya şəxsi sənədləriniz sizin nəzarətinizdən çıxaraq başqalarının əlinə keçə bilər. Bu, ən təhlükəli tərəfidir".

Mütəxəssislər bildirirlər ki, hər bir istifadəçi brauzer ayarlarında əlavələrin hansı icazələri istədiyini yoxlamalıdır. Əgər əlavə lazımsız dərəcədə çox səlahiyyət tələb edirsə, onu silmək daha təhlükəsizdir. Bundan başqa:

* əlavələri mütəmadi olaraq nəzərdən keçirmək,
* istifadə olunmayanları silmək,
* yalnız tanınmış markaların əlavələrini seçmək,
* rəy və şərhləri oxumaq,
* iki faktorlu doğrulama və güclü şifrələrdən istifadə etmək tövsiyə olunur.

Prof. Kırıkın fikrincə, internetdə tam təhlükəsizlik mümkün olmasa da, şüurlu seçimlərlə riskləri minimuma endirmək mümkündür.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...