Redaktor
"FINCA Azerbaijan"da rəhbərlik dəyişir, işçi sayı azalır
2025-ci ilin ikinci rübü ərzində Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatı olan "FINCA Azerbaijan" əməkdaş sayında azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, iyunun sonuna təşkilatın işçi heyəti 332 nəfər olub.
Bu, mart ayının sonu ilə müqayisədə 9 nəfər azalma deməkdir.
İlin ilk yarısı ərzində baş verən ümumi azalma 15 nəfər təşkil edir. Belə ki, 2024-cü ilin sonunda "FINCA Azerbaijan" 347 əməkdaşla fəaliyyət göstərirdisə, altı ay sonra bu göstərici 332-yə enib.
Əməkdaş sayındakı azalma tendensiyası yalnız cari ilə məhdudlaşmır. 2024-cü ilin son rübündə də təşkilat 3 nəfərlik kadr itkisi ilə çıxış etmişdi. Bu isə son doqquz ay ərzində işçi heyətinin ardıcıl şəkildə azaldığını göstərir.
Qeyd edək ki, "FINCA Azerbaijan" MMC Bank olmayan kredit təşkilatlatının (BOKT) İcraçı Direktoru Timoti Tarrant isə CEO vəzifəsindən ayrılır. Onun yerinə yeni direktorun təyinatı gözlənilir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025