Etibarnamə ilə avtomobil alanlara xəbərdarlıq

Redaktor

03.08.2025 11:19
344

Etibarnamə ilə avtomobil alanlara xəbərdarlıq

"Avtomobili etibarnamə ilə alıb-satmaq bizdə bir adət halını alıb. Bu da onunla bağlıdır ki, avtomobilin addan-ada keçirilməsində müəyyən xərclər var. Bəzi adamlar bu xərclərdən qurtulmaq üçün etibarnamə ilə alqı-satqıya üstünlük verirlər”.
Valyuta.az xəbər verir, bunu nağdsız alqı-satqınların üstünlükləri barədə "Bizim.Media"ya danışan hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, avtomobilin nağdsız alış-verişini həyata keçirməyin bir sıra üstünlüyü var:
"Ən əsası xoşagəlməz hallardan sığortalanırsan. Gəlin bir anlıq düşünək: kim ev və yaxud digər daşınmaz əmlakını etibarnamə ilə alıb-satır? Zənnimcə heç kim. Ona görə də avtomobillər də birbaşa addan-ada keçirilməli və nağdsız ödənişlə satılmalıdır.
Avtomobilin qiymətinin tam məbləği alqı-satqı müqaviləsində göstərilməli və həmin məbləğ rəsmi olaraq, qeydiyyat şöbəsinin daxilində yerləşən bank vasitəsilə satıcıya ödənilməlidir. Bu zaman alan tərəf natorial qaydada bütün prosesi rəsmiləşdirməli və verdiyi pulu olduğu kimi göstərməlidir. Belə olan təqdirdə alan tərəf bir sıra xoşagəlməz hadisələrdən sığortalanmış olur.
Misal üçün etibarnamə ilə avtomobil satan şəxs qəfil dünyasını dəyişə bilər. O zaman onun varisləri avtomobil alan adama qarşı iddia qaldıra bilər ki, avtomobili geri qaytarsın. Yaxud həyat yoldaşı iddia qaldıra bilər ki, birgə əmlakın satılmasında onun razılığı alınmayıb”.
Ekspert onu da qeyd edib ki, etibarnamə əsasında alınan avtomobillərdə ikinci dəfə qeydiyyat zamanı müəyyən çətinliklər meydana çıxır:
"Çünki alıcı artıq avtomobilin pulunu ödəyib, ancaq sənədləri rəsmi şəkildə öz adına olmur. Ona görə də avtomobil alqı-satqısının ən düzgün və təhlükəsiz yolu mülkiyyətçinin özü ilə birgə qeydiyyat şöbəsinə gedib, ödənişi bank vasitəsilə aparmaqdır. Bu halda yalnız dövlət rüsumları və bank xidmət haqları ödənilir və əlavə qanunsuz xərclərdən və xoşagəlməz hallardan qorunmaq olur”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...