Ən uğurlu CEO-ların oxu siyahısı: Yüksəliş üçün 6 vacib kitab

Redaktor

19.08.2025 08:30
410

Ən uğurlu CEO-ların oxu siyahısı: Yüksəliş üçün 6 vacib kitab - SƏHƏR OXUSU

Uğurlu lider olmaq üçün vacib vərdişlərdən biri də kitab oxumaq və daim inkişaf etməkdir. Məhz bu vərdişi həyatının ayrılmaz hissəsinə çevirən biznes liderləri karyerasına yeni başlayan gənclərə təkcə şəxsi təcrübə və mentorluqla deyil, həm də kitab tövsiyələri ilə yol göstərirlər. Uarren Baffettdən Bil Qeytsə, Ken Qriffindən Uitni Vulf Herdə qədər dünyanın ən tanınmış CEO-ları gənc oxucular üçün seçdikləri əsərləri paylaşaraq, uğurun açarını “dərin oxumaqda” görürlər.

Valyuta.az xəbər verir ki, bu kitablar liderlik, idarəetmə, innovasiya və şəxsi inkişaf mövzularını əhatə edir və karyeranın başlanğıcında olanlar üçün əsl bələdçi rolunu oynayır.

Uğurlu CEO-ların tövsiyə etdiyi kitablar

Cim Kollinzin yazdığı “Good to great: Why some companies make the leap and others don’t” adlı kitab uğurlu şirkətlərin sirrini açır. Müəllif göstərir ki, düzgün insanlarla işləmək mükəmməl planlardan daha vacibdir. Kitabda təqdim olunan “Əvvəl kim, sonra nə?” konsepti biznes idarəçiliyində dönüş nöqtəsi hesab olunur.

Con Bruksun yazdığı “Business Adventures” adlı kitab korporativ həyatın 12 klassik hekayəsini təqdim edir. Burada “Xerox”un yüksəlişi, “Ford Edsel”in uğursuzluğu kimi nümunələr uğur və iflasın arxasında dayanan liderlik qərarlarını göstərir. Bil Qeyts bu kitabı “indiyə qədər oxuduğum ən yaxşı biznes kitabı” adlandırır.

Erik Risin yazdığı “The Lean Startup” adlı kitab sahibkarlara minimal resurslarla bazara çıxmağın yollarını izah edir. Burada “minimum viable product” – yəni, ən sadə işlək məhsul anlayışı, biznes dünyasında çevik innovasiyanın təməli kimi təqdim olunur.

Nikolas Kristofun yazdığı "Chasing hope” adlı kitab müəllifin jurnalist kimi qlobal böhranlarda gördüyü işlərdən bəhs edir. Burada ümidin insanların həyatında motivasiya mənbəyinə çevrilməsi xüsusi vurğulanır. Bil Qeyts bu əsəri “ilhamverici xatirə” adlandırıb. 

Adam Qrantın yazdığı “Originals: how non conformists move the world” adlı kitab qeyri-ənənəvi düşünən insanların dünyada dəyişikliklər yaratmaq gücünü göstərir. “Bumble” şirkətinin CEO-su Uitni Vulf Herd bu əsəri xüsusilə gənc liderlərə tövsiyə edir.

Endi Qrouvun yazdığı "High output management” adlı kitab idarəetmənin əsaslarını sadə və praktik dillə izah edir. Müəllifin əsas mesajı odur ki, idarəetmədə nəticə (output) səyin (effort) üzərində dayanmalıdır. “Airbnb” şirkətinin CEO-su Brayan Çeski bu kitabı gənc sahibkarlara tövsiyə edib. 

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...