Redaktor
Ən maraqlı bloq ideyaları – Bu, sizə pul da qazandıra bilər - SƏHƏR OXUSU
Əgər ağlınızda unikallığı ilə seçilən bir bloq ideyanız varsa, onu sadəcə özünüzlə saxlamaq böyük bir fürsəti əldən vermək ola bilər. Gələcəkdə uğurlu bir brend qurmaq istəyirsinizsə, bu ideyanı insanlara çatdırmaq üçün ilk addımlardan biri bloq açmaq ola bilər. Blog təkcə fikirlərinizi paylaşdığınız bir platforma deyil, həm də sizi potensial müştərilərlə bir araya gətirən, etibar və dəyər qazandıran güclü bir vasitədir.
Amma bir çox yeni başlayan bloq yazarının ağlında eyni sual var: “Nədən yazım ki, həm oxunsun, həm də nəticə versin?”
Valyuta.az bu yazıda sizə yaradacağınız bloqla həm oxucu, həm də gəlir qazanacağınız mövzu fikirləri bir araya toplayıb:
Ən çox oxunan və gəlir gətirən bloq mövzuları
“Necə etməli?” tipli yazılar
Ən son nə vaxt tost aparatınızın istifadə təlimatını oxuyaraq vaxt keçirmisiniz? Xatırlaya bilmədiniz, deyilmi?
Təəccüblü deyil. İnsanlar ümumiyyətlə təlimat kitabçalarını oxumağa maraqlı olmur. Bəs insanlar nəyisə necə edəcəklərini haradan öyrənirlər? Təbii ki, “Google” axtarışlarından! Yalnız bu mövzuya aid məqalələrlə belə məşhur bir bloqa sahib ola bilərsiniz. Məsələn, “xarici dil necə öyrənilir?”, “Sağlamlığı qorumaq üçün nə etmək lazımdır?” kimi populyar sualları cavablandıran yazılar hazırlaya bilərsiniz.
Siyasət
Siyasət xüsusilə seçki dövrlərində çox müzakirə edilən və maraq doğuran bir mövzudur. Yerli və ya xarici siyasətə dair yazılarla siz də bu dialoqun bir hissəsi ola bilərsiniz. Amma unutmayın, siyasət qütbləşməyə meylli bir sahədir, buna görə də fikir ayrılığı və mübahisələrə hazırlıqlı olmalısınız.
Qidalarla bağlı bloq
Yeməklər özlüyündə bir bloq mövzusudur. Əgər satdığınız yeyilə bilən bir məhsul varsa və ya sevdiyiniz bir yemək varsa, bunu bloqunuzun əsas mövzusu edə bilərsiniz. Məsələn, makaronu çox adam sevdiyi üçün bu mövzuda bir bloq açmaq yaxşı bir fikir ola bilər.
Dietik və sağlam qida reseptləri
Daim ortaya yeni və məşhur diyetlər ortaya çıxır, bu da yeni reseptlərin yaranmasına səbəb olur. Diyetik və sağlam qida reseptləri blogunuza çoxlu izləyici cəlb edə bilər.
Başlanğıc bələdçiləri
İnsanlara bir mövzuya haradan başlayacaqlarını göstərən “Başlayanlar üçün” tipli yazılar həmişə aktualdır. Bu yazılar sadə dil və aydın nümunələrlə hazırlandıqda çoxlu axtarış trafikini cəlb edir.
Əhatəli bələdçilər
Əgər bir mövzuda mütəxəssissinizsə, bu sahə üzrə ən dolğun və aktual məlumatları paylaşan yazılar hazırlaya bilərsiniz. Məsələn, “filan mövzu haqqında hər şey”, “Ən yaxşı bələdçi”, “bilməli olduğunuz hər şey” kimi başlıqlar maraq doğurur. Bunlara statistik məlumatlar əlavə etmək, istinadlar göstərmək və məlumatları müntəzəm yeniləmək inandırıcılığı artırır.
Tez-tez verilən suallar
Bloq sahibləri çox vaxt bu bölməni gözdən qaçırırlar. Halbuki, FAQ tipli yazılar həm “Google” axtarışlarında çıxmaq üçün, həm də istifadəçilərin ehtiyac duyduğu məlumatı tez tapması üçün əla vasitədir.
Müsahibələr
Sektorda tanınan insanlarla müsahibələr aparmaq bloqunuzu fərqləndirə və keyfiyyətini artıra bilər. Sualları e-poçtla və ya sosial media vasitəsilə göndərmək də kifayətdir.
Şəxsi hekayələr
Şəxsi təcrübələrinizi paylaşmaq blogunuzun insani tərəfini göstərmək üçün çox təsirlidir. Güclü bir hekayə oxucularla emosional bağ qurmanıza kömək edir və onların yenidən sayta qayıtma ehtimalını artırır.
Xeyriyyəçilik və aktivizm
Dəstək verdiyiniz xeyriyyə layihələri və ya sosial kampaniyalar barədə yazmaq insanlara toxunan, dəyər verən bir bloga sahib olmağınızı göstərir. Bu, həm də marka imicinizə müsbət təsir edəcək.
Məhsul rəyləri
Məhsul və xidmət rəyləri həm axtarış trafikini artırır, həm də bloq vasitəsilə pul qazanmağın ən yaxşı yollarından biridir. “Amazon” və digər şirkətlərlə partnyorluq edərək, məhsul linkləri yerləşdirə və komissiya qazana bilərsiniz. Lakin rəy verəcəyiniz məhsulların niş (xüsusi sahə) üzrə olmasına diqqət edin.
Məsələn, məhsulun ümumi təsviri, işləmə prinsipi, texniki detalları, üstünlükləri və çatışmazlıqları, kimlər üçün uyğundur və s tipli suallar diqqət çəkəndir.
Bu struktura əsasən yazılmış rəy yazıları çox oxunur və paylaşılan məzmunlara çevrilir.
Son dəqiqə xəbərləri
Ən son baş verən hadisələrə dair öz fikirlərinizi yazmaq aktual qalmağın bir yoludur. Lakin etibarsız məlumat paylaşmaqdan çəkinin və bloqunuzun mövzusuna uyğun xəbərləri seçin. Məsələn, moda bloqunuz varsa, texnoloji yeniliklər barədə yazmaq uyğun olmaz. Unutmayın, populyar mövzular gələ və gedə bilər. Lakin siz planlı və çevik olsanız, bu dalğalanmalardan düzgün istifadə edərək blogunuzu inkişaf etdirə bilərsiniz.
Günay