Əmlak eksperti 94 milyarderdən öyrəndiklərini açıqlayıb

Redaktor

06.09.2025 14:58
449

Əmlak eksperti 94 milyarderdən öyrəndiklərini açıqlayıb

Məşhur daşınmaz əmlak eksperti Ryan Serhant, "Netflix" platformasında yayımlanan "Owning Manhattan" serialı ilə tamaşaçıların diqqətini cəlb edib. “SERHANT” adlı öz agentliyinə rəhbərlik edən Serhant, yalnız satış uğurları ilə deyil, həm də milyarderlərlə qurduğu münasibətlər və onların vərdişlərindən öyrəndikləri ilə gündəmə gəlib.

Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, bir il ərzində əldə etdiyi 22 milyon dollar gəlir və 94 milyarder ilə tanışlıq ona böyük təcrübə qazandırıb.

Bu şəxslərlə ünsiyyətdə olduğu zaman fərq etdiyi əsas nüanslardan biri onların zamanı necə idarə etməsi olub. Serhant bildirir ki, milyarderlər üçün zaman ən dəyərli varlıqdır. Onların davranışlarında da bu özünü göstərir.

O, bir nümunə kimi 1 milyard dollar sərvətə sahib bir iş adamı ilə getdiyi yeməyi xatırlayır. Həmin şəxsin yeməyi əvvəlcədən planlaşdırdığını, menyuya baxmadan sadəcə “ən yaxşısı nədirsə, onu gətirin” dediyini və qərarsızlıq göstərmədiyini bildirir. Həmçinin, milyarderlərin ümumiyyətlə telefonda danışmadığını, hər şeyi qısa mesajlarla həll etdiklərini qeyd edir. Serhant deyir ki, bir dəfə 134 milyon dollarlıq razılaşmanı sadəcə mesaj yazışması ilə bağlamışam, özü də “ürək emojiləri” ilə.

Uğurlu danışıqlar və satış strategiyası barədə fikirlərini bölüşən Serhantın əsas mesajı belədir: “Çox insan qazanmağa oynadığı üçün uduzur. Əgər yalnız öz qazancını düşünürsənsə, əslində itirirsən. Əgər qarşı tərəfin qazandığını təmin edə bilsən, sən də avtomatik olaraq qazanırsan”. Onun fikrincə, bu yanaşma insanı "banka qədər gülərək aparır".

Maliyyə sahəsində aldığı ən yaxşı tövsiyə isə məşhur reper Jay Z‑dən gəlir: “Qorxaq oynayan, pul qazanmaz”. Bu fikri öz həyat fəlsəfəsinə çevirən Serhant, xüsusilə gənclərə verdiyi tövsiyədə bacarıqların önəmini vurğulayır. Onun sözlərinə görə, əgər satış sahəsində çalışırsansa, sənin məhsulun bacarıqlarındır. Bu bacarıqlar sənə daha çox imkan qazandırır, insanlar sənə müraciət edir: “Gəl, mənimkini də sat”.

Lakin bu gün bacarıqlarla yanaşı diqqət çəkməyi bacarmaq da böyük əhəmiyyət daşıyır. Serhant deyir: “Hazırda kim daha çox diqqət çəkirsə, o daha çox qazanır. Bu diqqəti bacarıqlarınla birləşdirsən, uğur sənindir”.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...