Elektrikli nəqliyyat vasitələrinin batareyası nə qədər tez köhnəlir?

Redaktor

12.11.2025 22:34
216

Elektrikli nəqliyyat vasitələrinin batareyası nə qədər tez köhnəlir?

Elektrikli avtomobillərə keçiddə ən çox narahatlıq doğuran mövzulardan biri olan batareyanın ömrü və tutum itkisi ilə bağlı qorxular, Almaniyanın ən böyük avtomobil dərnəyi ADAC tərəfindən aparılan genişmiqyaslı testlə az qala aradan qaldırılıb.

Valyuta.az xəbər verir ki, ADAC 77 kVt/saat tutumlu "Volkswagen ID.3 Pro S Tour" modelini 2021-ci ilin mayında sınağa cəlb edib və illik 40 min kilometrdən çox məsafə qət etdirərək dörd il boyunca faktiki sürüş şəraitində sınaqdan keçirib. Dörd il sonra avtomobilin ümumi yürüşü 172 min kilometri keçib. Bu müddətdə batareyanın sağlamlığı Bavariya Test və Texnologiya Mərkəzi tərəfindən diqqətlə izlənilib.

"Volkswagen" batareyanın səkkiz il və ya 160 min kilometrdən sonra ilkin tutumunun ən azı 70 faizini qoruyacağını təmin edir. Lakin ADAC-ın sınaq avtomobili dörd il və 172 min kilometrdən sonra belə ilkin tutumunun 91 faizini saxlayıb. Bu nəticə batareyanın hələ uzun müddət dəyişdirilməyə ehtiyac duymayacağını göstərib.

Hesablamalara görə, sınaq müddətində şarj proseslərinin 40 faizi sürətli şarj məntəqələrində həyata keçirilib. Buna baxmayaraq, avtomobilin rəsmi 526 kilometrlik maksimal məsafəsindən cəmi 13 kilometr azalma müşahidə olunub.

ADAC sınağı adi istifadəçi davranışlarını təqlid edəcək şəkildə qurub. Yəni avtomobil tez-tez 100 faizədək şarj edilib və bir neçə gün istifadə olunmadan saxlanılıb. Halbuki əksər elektrikli avtomobil istehsalçıları uzun müddət dayanma hallarında batareyanı 80 faiz səviyyəsində saxlamağı tövsiyə edir. Bu çətin şərtlərə baxmayaraq, "ID.3" modelinin batareyası yüksək səviyyədə sağlam qalıb.

Sınaqda maraqlı bir məqam da qeyd edilib: "ID.3" magistral yollarda rəsmi WLTP göstəricisinə görə 526 kilometr deyil, təxminən 400 kilometr məsafə qət edə bilib. Bununla belə, "Volkswagen" test dövründə proqram təminatını yeniləyərək şarj gücünü 170 kV-a qədər artırıb. Şirkət bildirir ki, bu yeniləmələr xüsusilə 0–5°C temperatur aralığında və qısa məsafəli səyahətlərdə enerji sərfiyyatına müsbət təsir göstərib.

Reallığa əsaslanan bu test nəticələri elektrikli avtomobil batareyalarının tez sıradan çıxması ilə bağlı narahatlıqların çox vaxt şişirdildiyini göstərən digər araşdırmalarla da üst-üstə düşür.

İsveçdə aparılan tədqiqatda minədək işlənmiş elektrikli avtomobilin batareya vəziyyəti yoxlanılıb və həm tam elektrikli, həm də hibrid modellərin yüksək yürüş və tez-tez sürətli şarja baxmayaraq, tutumlarının 90 faizdən çoxunu qoruduğu müəyyən edilib. İngiltərənin "Arval" kirayə şirkətinin hesabatına görə, orta batareya sağlamlığı səviyyəsi 93 faiz təşkil edir və 200 min kilometrdən sonra belə bu göstərici təxminən 90 faizə yaxın qalır.

Bütün bu nəticələr göstərir ki, bir çox ikinci əl elektrikli avtomobil üçün məsafə yalnız bir neçə kilometr azalır, şarj sürəti və enerji səmərəliliyi isə demək olar ki, dəyişmir. Daha az mexaniki hissəyə malik olan elektrikli nəqliyyat vasitələri bu faktlar fonunda getdikcə daha etibarlı və cəlbedici ikinci əl seçimə çevrilə bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Məzənnə

Yüklənir...