Elektrikli avtomobillər üçün yeni sürət rekordu: 431,62 km/saat -

Redaktor

09.09.2025 21:31
164

Elektrikli avtomobillər üçün yeni sürət rekordu: 431,62 km/saat - VİDEO

Çin elektrikli avtomobil istehsalçısı BYD tamamilə elektriklə işləyən yeni super avtomobili ilə sürət rekorduna imza atıb. 

Valyuta.az xəbər verir ki, şirkətin "Yangwang U9 Track Edition" adlı modelinə aid test, 8 avqust 2025-ci ildə Şimal Almaniyadakı ATP Automotive Test Papenburg poliqonunda keçirilib. Avtomobil 472,41 km/saat maksimal sürətə çataraq elektrikli nəqliyyat vasitələri üzrə əvvəlki 431,62 km/saatlıq rekordu geridə qoyub.

Sözügedən rekord iyul ayında "Rimac Nevera R" tərəfindən qeydə alınmışdı. "Yangwang U9 Track Edition" isə 2 min 960 at gücü və hər ton üçün 1 341,5 at gücü güc-çəki nisbəti ilə bu nəticəni aşmağı bacarıb.

Yeni model, ötən il bazara çıxarılan 1 300 at gücündəki tam elektrikli "Yangwang U9"un davamı hesab olunur. "Track Edition" standart modelin aerodinamik quruluşunu qoruyaraq oxşar dizayna malikdir. Avtomobil dörd müstəqil elektrik mühərriki və dörd təkərdən fırlanma anı idarəetmə sistemi ilə təchiz olunub. Bundan başqa, xüsusi gövdə idarəetmə sistemi sayəsində sürətlənmə, yavaşlama və döngələrdə avtomobil sabitliyini saxlayır.

Şirkətin nümayəndələri bildiriblər ki, "Blade Battery" adlı litium dəmir fosfat batareyası dəyişməz düzbucaqlı forması ilə səmərəli soyutma və yüksək enerji sıxlığı təmin edir. Bu batareya cəmi yarım saatda 30 faizdən 80 faizə qədər doldurula bilir.

Rekorda nail olmaq üçün mühəndislər həm akkumulyator, həm də mühərrik üçün ekstremal şəraitə uyğunlaşdırılmış istilik idarəetmə sistemi hazırlayıblar. Eyni zamanda, "dünyanın ilk seriyalı istehsal 1200V ultra yüksək gərginlikli avtomobil platforması" da sistemə əlavə edilib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...