Redaktor
EBRD: Azərbaycan startapları 50 min avroya qədər dəstək ala bilər
Azərbaycan startapları "Star Venture" proqramı çərçivəsində 50 min avroya qədər dəstək ala bilərlər.
Valyuta.az "Report"-a istinadən xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik bizneslər üzrə baş meneceri Samir Həmidov "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "Star Venture" proqramı hazırda 26 bazarda fəaliyyət göstərir və bu günə qədər 750-dən çox startap ondan yararlanıb:
"Proqram çərçivəsində qəbul edilən startaplar Kembric Universitetinin ekspertləri tərəfindən hərtərəfli biznes diaqnostikasından keçirlər. Seçilmiş iştirakçılara təlim və məsləhət xidmətləri üçün 50 min avroya qədər limit təqdim olunur. Biz bu xidmətlərin 100 %-ini maliyyələşdiririk. Startaplar istədikləri yerli və ya beynəlxalq mentorları, məsləhətçiləri və təlimləri özləri seçə bilirlər".
S. Həmidov qeyd edib ki, "Star Venture" proqramının iştirakçıları dünya səviyyəli mentorlarla işləmək, beynəlxalq tədbirlərdə çıxış etmək və investorlarla əlaqələr qurmaq imkanı əldə edirlər:
"Bu günə qədər proqram çərçivəsində 600-dən çox məsləhət layihəsi həyata keçirilib. Portfelimizdəki startapların ümumi dəyəri təxminən 4 milyard avro, iştirakçıların cəlb etdiyi investisiyalar isə 157 milyon dollardan çoxdur".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025