Dünyanın tanınmış markalarının adlarının hekayəsi - Şirkətlər necə yarandı? - SƏHƏR OXUSU

Redaktor

13.08.2025 08:30
403

Dünyanın tanınmış markalarının adlarının hekayəsi - Şirkətlər necə yarandı? - SƏHƏR OXUSU

Böyük şirkətlərin adları çox vaxt təsadüfi seçilmiş kimi görünsə də, onların arxasında maraqlı hekayələr, şəxsi xatirələr və bəzən də ilham mənbələri dayanır. Texnologiya nəhənglərindən içki istehsalçılarına, idman brendlərindən sosial şəbəkələrə qədər bir çox məşhur adın mənşəyi həm kreativ düşüncəni, həm də qurucuların şəxsi dünyagörüşünü əks etdirir.

Bəzən coğrafi adlar, bəzən mifoloji obrazlar, bəzən isə sadəcə xoş səslənən hərflər bu markalara kimlik qazandırıb.

Valyuta.az dünyanın ən tanınmış şirkətlərinin adının hekayələrini təqdim edir:

“Adidas”

"Adidas" adını qurucusu Adolf (Adi) Dassierdən götürür. Adi və Dasın birləşməsi nəticəsində yaranıb.

“Adobe Systems”

Həmtəsisçi Con Uarnok Adobe çayının tam qarşısında yerləşən evdə yaşayırmış. Şirkətin adı da bu çaydan götürülüb.

“Amazon.com”

Cef Bezos şirkətin adının əlifba siyahılarında yuxarılarda olması üçün “A” hərfi ilə başlamasını istəyib. Əvvəlki “Cadabra.com” adını dünyanın ən böyük çayı olan Amazon ilə əvəzləyib.

“Apple”

"Apple" adını sadəcə Stiv Cobsun sevimli meyvəsi alma olduğuna görə yox, həm də Cobsun alma bağına işləməyə getməsi ilə əlaqədar seçib. Səmimi, sadə və isti “Apple” adı eyni zamanda şirkəti rəqiblərindən fərqləndirmək üçün düşünülüb.

"Arby’s" 

"Arby’s" əslində R və B hərflərini təmsil edir (ingiliscə R - “ar”, B - “bi” kimi oxunur). Bu hərflər şirkətin qurucuları olan Raffel qardaşlarının (Brothers) baş hərfləridir.

“BlackBerry”

İlk cihazın klaviatura düymələri böyürtkənə (blackberry) bənzədiyi üçün şirkət adını buradan götürüb. “BlackBerry” bir vaxtlar telefon istehsalı ilə məşğul olsa da, artıq smartfon istehsalı ilə məşğul olmurlar. Hazırda onların əsas fəaliyyət sahəsi proqram təminatı, kiber təhlükəsizlik və sənaye proqramları üzərində cəmləşib.

"Coca-Cola”

“Coca-Cola”nın dadını verən maddələr koka yarpaqları və kola fındıqlarıdır. Yaradıcısı Con S. Pemberton “kola” sözündəki “K” hərfini “C” ilə dəyişərək bu məşhur markanı yaradıb.

“eBay”

Qurucu Pierre Omidyarın əvvəl “Echo Bay Technology Group” adlı məsləhət firması var idi. “EchoBay.com” domenini almaq istəsə də, ad artıq qızıl mədəni şirkətinə məxsus idi. O da ikinci variant kimi “eBay.com” adını seçdi.

“Evernote”

"Evernote" adı ingiliscə “forever” (əbədi) və “note” (qeyd) sözlərindən gəlir və tətbiqin xidmətini izah edir.

“Facebook”

"Facebook" adı ABŞ universitetlərində yeni tələbələrin bir-biri ilə tanış olması üçün paylanan kitabların adından götürülüb. 2021-ci ilin oktyabrında “Facebook” şirkətin adını "Meta Platforms, Inc." olaraq dəyişdi və bundan sonra öz əsas sosial media xidməti “Facebook” brendi olaraq fəaliyyətini davam etdirir. “Meta” artıq yalnız “Facebook” deyil, həm də “Instagram”, “WhatsApp”, “Oculus VR” kimi platformaları idarə edən geniş texnologiya qrupudur.

“Google”

“Google” adı əslində “googol” sözünün yanlış yazılışıdır. Googol – 1 rəqəmini izləyən 100 sıfırdan ibarət ədəddir. Bu, şirkətin çox böyük miqdarda internet məlumatını toplamaq və nizamlamaq məqsədini ifadə edir.

“McDonald’s”

Ad ilk restoranı 1940-cı ildə açan Dick və Mac McDonald qardaşlarından gəlir.

“Microsoft”

Bill Gates bu adı seçib, çünki şirkət mikrokompüter proqram təminatı ilə məşğul olur (“microcomputer software”).

“Mozilla”

"Mozilla" adı “Mosaic” və “Godzilla” sözlərinin birləşməsindən yaranıb. Əvvəlcə "Netscape" brauzerinin kod adı idi, sonra müstəqil brauzer oldu.

“Nike”

Yunan mifologiyasında zəfər tanrıçasının adıdır.

“Nikon”

Əsl adı “Nippon Kogaku”dur, yapon dilində “Yapon Optikası” deməkdir.

“Starbucks”

Ad “Moby-Dick” romanındakı Starbuck obrazından gəlir. Eyni zamanda “Starbo” adlı mədən bölgəsindən də ilham alınıb.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...