Dünyanın ən bahalı makaronu – 3 min manat...

Redaktor

02.09.2025 19:56
289

Dünyanın ən bahalı makaronu – 3 min manat...

Makaron adətən sadə və sərfəli yemək kimi tanınır. Lakin dünyanın bir çox yerində bəzi restoranlar onu dəbdəbənin simvoluna çevirərək inanılmaz qiymətlərlə təqdim edirlər. 

Valyuta.az dünyanın ən bahalı 5 makaron yeməyini təqdim edir:

BiCE’s Lobster and Truffle Tagliolini – 2 013 dollar (3 min 422,1 AZN)

Nyu-Yorkdakı “BiCE Cucina” restoranında təqdim olunan bu menyunun mərkəzində xərçəng əti və bol ağ trüflə ilə hazırlanmış tagliolini dayanır. Dadlı kurslara dana əti, kalmar, şokoladlı mus və hətta Versace markalı boşqab da daxildir.

Agnolotti del Plin – 300 dollar (510 AZN)

San-Fransiskodakı məşhur “Quince” restoranında menyuda olmuş bu yeməkdə xüsusi ravioli xəmiri içərisində hisə verilmiş göyərçin əti, trüflə sousu və qril artişok təqdim olunur.

Butter and White Truffle Pasta – 300 dollar (510 AZN)

Sadə görünsə də, bu yemək möhtəşəm dadı ilə seçilir. İtalyan əriştələri kərə yağı sousunda hazırlanır, üzərinə isə bol ağ trüflə səpilir.

Truffles With Pasta (Ready in 20 Min)

Rusticello Pasta – 150 dollar (255 AZN)

Dəniz məhsulları sevənlər üçün hazırlanan bu makaron lobster bisque sousu ilə verilir. Xüsusiliyi isə üzərinə əlavə edilən qara trüflə və Yaponiyadan gətirilən dəniz kirpisidir.

Diamond and Gold Lasagna – 100 dollar (170 AZN)

Qızıl yarpaqları ilə bəzədilmiş bu lazanya porcini göbələyi, Parma vetçinası, Kobe mal əti və mozzarella ilə hazırlanır. Ağ trüflə isə ona son dəbdəbəni qatır.

Sadə ev makaronu təxminən 15 dollara başa gəldiyi halda, bu yeməklərin qiymətləri yüzlərlə, hətta minlərlə dollara çatır. Bununla belə, onlar dünyada kulinariya dəbdəbəsinin nümunəsi sayılır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...