Redaktor
Dünyanın ən bahalı 5 pizzası - 20 min manata
Pizzanın əsas cazibəsi onun münasib qiymətə doyumlu yemək olmasıdır. Ancaq bəzi restoranlar sadə pizzanı lüks yeməyə çevirməyi qarşılarına məqsəd qoyublar. Nəticədə ortaya “dünyanın ən bahalı pizzaları” çıxıb.
Valyuta.az dünyanın ən bahalı pizzalarını təqdim edir:
Gordon Ramsay’s Pizza – Maze, London – 250 ABŞ dolları - 425 manat
Londonun məşhur Maze restoranında menyuya daxil edilən bu pizza uzun müddət Ginnesin Rekordlar Kitabında “ən bahalı pizza” kimi qeyd olunub. İtalyan soğan püresi, ağ trüf pastası, bufalo mozarella, fontina pendiri, təzə otlar, pancetta və göbələklərlə bəzədilən bu pizza, qiymətini əsasən istifadə olunan trüf miqdarı ilə qazanır.

The C6 – Stevestson Pizza, Kanada – 450 ABŞ dolları - 765 manat
Kanadanın Richmond şəhərindəki Stevestson Pizza restoranında təqdim olunan bu pizza tam bir dəniz məhsulları ziyafətidir. Lobster thermidor, qara albalı cod balığı, karides, qızardılmış qızılbalıq və ən bahalı kürü növlərindən biri olan rus Osetra kürü ilə hazırlanır.

Nino Bellissima – Gino’s Restaurant, Nyu-York – 1.000 ABŞ dolları - 1700 manat
Giovani Spatala tərəfindən hazırlanan bu 12 düymlük nazik xəmirdən ibarət pizzanın üzərinə 6 müxtəlif növ kürü və iki lobster quyruğu əlavə olunur. Hazırlanma dəyəri 720 dollara başa gəlsə də, satış qiyməti 1000 dollardır.

Pizza Royale 007 - Domenico Crolla, Qlazqo – 4.200 ABŞ dolları - 7140 manat
Adından da göründüyü kimi bu pizza James Bond filmlərinin dəbdəbəsindən ilhamlanaraq hazırlanıb. Tərkibində Dom Perignon şampanında isladılmış kürü, 100 illik konyakda marinad edilmiş lobster, maral filesi, hisə verilmiş qızılbalıq, yüksək keyfiyyətli prosciutto və vintage balzamik sirkə var. Üzəri isə 24 karatlıq qızıl yarpaqları ilə bəzədilib.

Louis XIII – Salerno, İtaliya – 12.000 ABŞ dolları -20 400 manat
Dünyanın ən bahalı pizzasının müəllifi italiyalı aşpaz Renato Viola-dır. Yalnız xüsusi müştərilər üçün hazırlanan bu pizza cəmi 20 sm ölçüdədir və iki nəfərlikdir. Xəmir 72 saatlıq istirahətdən sonra bişirilir, üzərinə isə üç nadir kürü növü (Oscietra Royal Prestige, Kaspia Oscietra Royal Classic, Kaspia Beluga), Norveç lobsteri və 7 növ pendir əlavə olunur.

Bu lüks pizza təkcə yeməklə məhdudlaşmır – xüsusi içkilərlə təqdim edilir: Krug Clos du Mesnil 1995 şampanı, Carta Real Sanches Romate Finos brendisi və dünyanın ən nadir konyakı olan Louis XIII. Ən maraqlısı isə odur ki, aşpaz pizzanı birbaşa sifarişçinin evində hazırlayır və təqdim edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025