Redaktor
Dünyanın 10 tanınmış universitetinə təqaüdlə qəbul olan azərbaycanlı məktəbli kimdir? - FOTO
Bu il Şəki Şəhər Kimya-Biologiya Təmayüllü Liseydən məzun olan Bacıxanım Yaşarlı dünyanın bir sıra universitetlərindən təqaüdlə qəbul alıb.
Valyuta.az xəbər verir ki, bu barədə Bizim.Media-nın yerli bürosuna uğur hekayəsi ilə gündəm olan Bacıxanım məlumat verib.
Bacıxanım Yaşarlının sözlərinə görə o, Türkiyənin Koç universitenin sənaye və kompüter mühəndisliyi (25% endirim), Bilkent Universitetinin Sənaye mühəndisliyi (20% endirim), Sabancı Universitetinin Kompüter elmləri və mühəndisliyi (40% endirim), Çinin Çin Elektron Elm və Texnologiyalar Universitetinin Software Engineering, Azərbaycanın ADA universitetinin İnformasiya Texnologiyaları, və Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) təsis etdiyi “Türkiyə Bursları” proqramının üstün başarı bursu ilə Orta Doğu Teknik Üniversitesi(ÖDTÜ)dən dəvətlər alıb .
Bacıxanım əlavə edib ki, bu universitetlərdən 1440 SAT, 88 TOEFL və 7.5 IELTS nəticələri və iştirak etdiyi bir sıra layihələr, hakatonlar nəticəsində qəbul almağı bacarıb.
Belə ki, sözügedən hakatonlara və layihələrə SAF2022(STEAM Azerbaijan Festival) hakaton kateqoriyası bürünc medal, ITi Zeka hakatonu, International Conference of Career Essentials by Bahcesehir University, Basics of Project Mangement(Berlin), AEGEE Youth Forum, GenderHub Azerbaijan tərəfindən təşkil olunan "DigitALL: Innovasiya və rəqəmsallaşdırmada gender bərabərliyi" kimi təlim və konfranslar da daxildir.
Qeyd edək ki, Bacıxanım Yaşarlı eyni zamanda ”Gəzən Beyinlər” adlı Xaricdə Təhsil Podcastının qurucularından biridir.

Bununla yanaşı BMT-in 2014-cü ildə yaranmış “HeforShe” həmrəylik hərəkatının “HeforShe Azerbaijan” üzvlərindəndir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025