Redaktor
DSMF‑nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının aylıq icarə haqqı açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı”nın yerləşdiyi ofis üçün keçirilmiş satınalma müsabiqəsinin ümumi dəyəri 416 900 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, tender 11 aylıq müddət nəzərdə tutduğundan, aylıq icarə haqqı 37 900 manat təşkil edir
Qeyd edək ki, bu məbləğə vergi, rüsumlar və kommunal xərclər daxildir. Həmin qiymət ən az 2 000 m² sahə üçün nəzərdə tutulub.
Filial icra hakimiyyəti ilə bağlı hüquqi funksiyaları - əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımları və digər ödənişlərlə bağlı məhkəmədə Nazirlik və Fondun filiallarına qarşı iddialarda təmsilçilik və müdafiəni təşkil edir. Ofis Bakı şəhəri, Nərimanov rayonu, Zərdabi prospekti, “Çinar Park” Biznes Mərkəzinin 4‑cü mərtəbəsində yerləşir. Filialın müdiri Abuzər Mütəllimovdur.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025