Redaktor
Deputat: "Milli iqtisadiyyata xarici sərmayələr daha çox cəlb ediləcək"
Qarşıdakı dövr sahibkarlıq potensialının tam reallaşdırılması, özəl sərmayələrin, o cümlədən xarici investisiyaların milli iqtisadiyyata daha geniş cəlb edilməsi ilə səciyyələnəcək.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu isə həm dayanıqlı büdcənin, həm də davamlı iqtisadi artımın əsas şərtlərindən biridir: "Bu gün dövlətimizin gücü təkcə onun büdcəsi, valyuta ehtiyatları ilə müəyyən olunmur. Bu güc hər şeydən əvvəl Azərbaycanın beynəlxalq nüfuzu, öz lideri ətrafında birləşmiş qüdrətli xalqın dəstəyi ilə, ölkənin əmin-amanlığı, təhlükəsizliyi və sabitliyi ilə, ən başlıcası isə Prezident İlham Əliyevin strateji idarəçiliyi məharəti ilə ölçülür".
O xatırladıb ki, Azərbaycanda ümumi daxili məhsulun və büdcə gəlirlərinin 30-35 % artım nümayiş etdirdiyi illər olub: "Lakin həqiqət bundan ibarətdir ki, indi iqtisadi artımın 2,9 %, büdcə artımının 0,7 % təşkil etdiyi bugünkü Azərbaycan həmin illərdən dəfələrlə həm güclüdür, həm qüdrətlidir, həm də daha artıq dərəcədə nüfuzludur. Milli iqtisadiyyatımız orta və uzunmüddətli dövrdə ciddi inkişaf perspektivlərinə malikdir. Dövlət investisiyalarının yönəldiyi sahələrin yaxın gələcəkdə tam dövriyyəyə cəlb olunması, iqtisadi fəallığı artırmaqla yanaşı yeni əlavə dəyər yaradacaq".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025