Redaktor
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "DeFacto" markasına məxsus mağazaların bağlandığı iddia edilir.
Valyuta.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.
Qeyd olunur ki, hələ bir müddət öncə, şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.
Məlumat üçün bildirək ki, internet resurslarında "DeFacto"nun Azərbaycandakı rəsmi distribyutoru kimi "BrandMart QSC" göstərilib. "Defacto"nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.
Qaynarinfo iddiaları dəqiqləşdirmək üçün "DeFacto"nun Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsa da, internetdə qeyd edilən nömrələr işləməyib.
"DeFacto"nun Türkiyədə yerləşən baş ofisinə də müraciət etdik. Lakin sorğumuzu cavablandırmaqdan imtina etdilər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025