Daha bir startap satıldı - “Databricks” “Neon”u 1 milyarda aldı

Redaktor

15.05.2025 14:09
104

Daha bir startap satıldı - “Databricks” “Neon”u 1 milyarda aldı

Databricks "Neon" startapını 1 milyard dollara satın alır.

Valyuta.az xəbər verir ki, məlumat analitikası sahəsində fəaliyyət göstərən “Databricks” şirkəti bulud əsaslı verilənlər bazası proqram təminatı təqdim edən “Neon” startapını təxminən 1 milyard ABŞ dolları müqabilində satın aldığını elan edib.

Bu, “Databricks”in son illərdə həyata keçirdiyi iri alqı-satqı əməliyyatlarının davamıdır. Şirkət 2023-cü ildə süni intellekt modellərinin təlimi ilə məşğul olan “MosaicML” startapını 1,3 milyard dollara, ötən il isə məlumat optimizasiyası sahəsində çalışan “Tabular” şirkətini 1 milyard dollardan artıq məbləğə əldə edib.

“Databricks”in yaydığı məlumata görə, “Neon”un 18 mindən çox müştərisi var. Onlar arasında “OpenAI”, “Adobe”, “Boston Consulting Group”, “Replit” və “Vercel” kimi böyük adlar yer alır.
“Neon”un təqdim etdiyi proqram təminatı açıq mənbəlidir və “Amazon Web Services”in “Aurora Postgres” xidmətinə alternativ kimi tanıdılır. Bu platforma, “PostgreSQL” verilənlər bazasına əsaslanır və proqramçılar arasında sürətlə populyarlıq qazanır. Məşhur “vibe coding” layihələri ilə tanınan “Supabase” kimi digər startaplar da eyni bazaya əsaslanır.

Bulud nəhəngləri “Google” və “Microsoft” da “PostgreSQL” xidmətləri təqdim edir. “Databricks” isə məlumatların təmizlənməsi, sorğuların icrası və süni intellekt modellərinin işlədilməsi üçün proqram təminatı satır.

Maraqlıdır ki, “Neon” startapına “Databricks”lə yanaşı “Microsoft” və “Snowflake” də sərmayə yatırıb. Şirkətin təsisçisi və baş direktoru “Meta” və “Microsoft”un keçmiş mühəndisi Nikita Şamqunovdur. O, “Meta”dan ayrıldıqdan sonra “SingleStore” (əvvəlki adı ilə “MemSQL”) adlı digər verilənlər bazası startapını da idarə edib.

“Databricks”in həmtəsisçisi və baş direktoru Ali Qodsi “Neon”un texnologiyasını yüksək qiymətləndirərək bildirib ki, bu platforma hesablama və yaddaş infrastrukturunu bir-birindən ayırdığı üçün daha səmərəlidir və iqtisadi cəhətdən sərfəlidir.

“Neon”un gəlir modeli müştərinin istifadə etdiyi hesablama və yaddaş həcminə görə aylıq ödəniş əsasında qurulub. Platforma hazırda “Amazon” və “Microsoft Azure” buludlarında fəaliyyət göstərir.

Qeyd edək ki, 2021-ci ildə təsis edilmiş “Neon” 130-dan çox əməkdaşa malikdir və tam paylanmış formatda fəaliyyət göstərir.

“Databricks”in qərargahı San-Fransiskoda yerləşir. Şirkət 2013-cü ildə yaradılıb və 2024-cü ilin dekabrında 10 milyard dollarlıq investisiya ilə 62 milyard dollar dəyərində qiymətləndirilib. Bu maliyyələşmənin bir hissəsi də məhz satınalmalara yönəldilib.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Məzənnə

Yüklənir...