Redaktor
Daha aeroportdan şəhərə taksi sifariş edə bilməyəcəyik?
Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur.
Valyuta.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb.
Xəbərdarlığın "Uber", "Bolt" və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Qeyd edilib ki, bu gündən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq.
Bəzi taksi sürücüləri "Xəzər Xəbər" bildirib ki, bu məlumatı eşidəndən hava limanından sifariş götürmürlər. Onlar hesab edirlər ki, belə qərarın qəbuluna səbəb hava limanındakı "London taksi"lərinə üstünlüyün verilməsi ola bilər.
Bəzi taksi sürücüləri isə bildirdilər ki, hava limanından sifarişlərə məhdudiyyətlə bağlı onlara məlumat verilməyib.
Məsələ ilə bağlı "Bolt"dan bildirilib ki, həftə ərzində rəsmi məlumatlarını ictimaiyyətə təqdim edəcəklər. "Uber"dən isə hələlik bu məsələ ilə bağlı şərh verə bilməyəcəkləri açıqlanıb.Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından isə qeyd edilib ki, hazırda aeroportda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur: "Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq".
Daha ətraflı süjetdə:
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025