Redaktor
ChatGPT rekorda imza atdı: Cəmi 1 saata 1 milyon yeni istifadəçi!
Gün boyu yeni təsvirlər yaratmaq istəyən istifadəçilər "OpenAI"nin yeni görüntü yaratma funksiyasını sınamaq üçün kütləvi şəkildə ChatGPT hesabı açırlar. "OpenAI"nin rəhbəri Sem Altmanın açıqlamaları və yaşananlar da bunu təsdiqləyir.
Valyuta.az xəbər verir ki, ChatGPT-yə əlavə edilən görüntü yaratma xüsusiyyəti süni intellektə olan marağı daha da artırıb. Bu yenilik "OpenAI"ın xidmətlərinə olan tələbi sürətlə artırmaqla yanaşı, istifadəçi kütləsini də genişləndirib.
Şirkət rəhbəri Sem Altman X platformasında paylaşdığı məlumata görə, yalnız bir saat ərzində 1 milyon yeni istifadəçi ChatGPT-yə qoşulub. Onların böyük əksəriyyəti isə məhz bu yeni funksiyanı sınamaq üçün qeydiyyatdan keçib.
Hazırda ChatGPT-nin görüntü yaratma xüsusiyyəti böyük maraq görür. Lakin bu vəziyyət sistemdə bəzi gecikmələrə səbəb olub. İstifadəçilərin yaratmaq istədikləri təsvirlər üçün cavab müddətində ləngimələr müşahidə olunur. Bu isə "OpenAI"ın gözlədiyindən daha çox maraqla qarşılaşdığını göstərir. Görünən odur ki, istifadəçilər bir-biri ilə yarışaraq fasiləsiz şəkildə ChatGPT-yə yeni rəsmlər çəkdirmək istəyirlər.
Əvvəlcə bu funksiyanın bütün istifadəçilər üçün əlçatan olması planlaşdırılırdı. Lakin "OpenAI"ın qarşılaşdığı yüksək tələbat səbəbindən görüntü yaratma xüsusiyyətinin yalnız ödənişli istifadəçilərlə məhdudlaşdırılması müzakirə edilir. Bununla yanaşı, yeni hesab yaratmaq istəyənlərin sayının sürətlə artması qeydiyyat proseslərində gecikmələrə səbəb olub.
"OpenAI" bu tələbi idarə etmək üçün bəzi məhdudiyyətlər tətbiq edir. Hazırda hər istifadəçiyə saatda yalnız bir görüntü yaratmaq imkanı verilir. Bu məhdudiyyət xidmətin istifadəsini çətinləşdirsə də, sistemin sabitliyini qorumağa yönəlmiş bir addım kimi qiymətləndirilir.
İstifadəçi marağı o qədər böyükdür ki, bu funksiyanı istifadə etmək artıq çətin bir prosesə çevrilib. "OpenAI"ın bu intensiv marağa necə uyğunlaşacağı və platformanı daha dayanıqlı hala gətirə biləcəyi yaxın zamanda geniş müzakirə olunacaq mövzulardan biri olacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026