Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

Redaktor

09.06.2026 17:54
154

Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

Cəmşid Naxçıvanski İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni vəzifəyə təyin olunub.

Valyuta.az xəbər verir ki, C.Naxçıvanski bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu gündən etibarən İRİA-da Rəqəmsal İnkişafın İdarəedilməsi Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.

Qeyd edək ki, Cəmşid Naxçıvanski son olaraq 2021-ci ilin sentyabrından 2026-cı ilin iyun ayınadək PAŞA Sığorta ASC-də İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin rəhbəri vəzifəsində çalışıb.

Cəmşid Naxçıvanskiyə İRİA-da vəzifə verilib

Bundan əvvəl o, Elektron Hökumətin İnkişafı Mərkəzində Proqram Təminatının İnkişafı Departamentinin rəhbəri, eGov Həlləri Departamentinin rəhbəri və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib. 

C.Naxçıvanski 2002-2006-cı illərdə Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb. O, Prezident təqaüdçüsü olub və universiteti fərqlənmə diplomu ilə bitirib. Daha sonra İstanbul Texniki Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı

09.06.2026

Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?

09.06.2026

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

09.06.2026

"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

09.06.2026

"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq

09.06.2026

"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi

09.06.2026

AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası  ®

09.06.2026

Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

09.06.2026

"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

09.06.2026

İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət

09.06.2026

Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA

09.06.2026

"BakıKart"ın qiyməti artdı

09.06.2026

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər

09.06.2026

Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib

09.06.2026

Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

09.06.2026

Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

09.06.2026

Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?

09.06.2026

Bakıda kirayə mənzillər UCUZLAŞACAQ

09.06.2026

AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb

09.06.2026
“AL Market”ə yeni marketinq direktoru təyin olundu

“AL Market”ə yeni marketinq direktoru təyin olundu - FOTO

09.06.2026

Məzənnə

Yüklənir...