Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

Redaktor

09.06.2026 15:34
88

Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

2026-cı ilin ilk 4 ayında fiziki şəxslər arasında həyata keçirilən köçürmələr (P2P) həm əməliyyat sayı, həm də məbləğ baxımından ödəniş ekosistemində dominant mövqeyini qoruyub.

Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının baş proqram mühəndisi və Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ödənişlərin fiziki və hüquqi şəxslər üzrə köçürmələr, hesab-fakturalar, xəzinə əməliyyatları, əməkhaqqı və QR ödənişləri üzrə təhlili göstərir ki, 2025-ci ildə ödəniş mənzərəsi müxtəlif olsa da, bir neçə kateqoriya həcm baxımından ön plana çıxıb.

Tofiq Acirqayev qeyd edib ki, 2026-cı ildə kateqoriyalar üzrə struktur daha aydın formalaşıb. Belə ki, fiziki şəxslər arasında həyata keçirilən P2P köçürmələri ilk dörd ayın yekunlarına görə 19,3 milyon əməliyyatla ümumi əməliyyatların 95,5%-ni təşkil edib.

O, həmçinin QR ödənişlərində də əhəmiyyətli artım müşahidə olunduğunu vurğulayıb. Bildirilib ki, yanvar ayında qeydə alınan 23 min QR ödəniş əməliyyatı aprel ayında 142 minə yüksəlib. Bununla da, 4 ay ərzində QR ödənişlərinin sayı təxminən 6 dəfəyə yaxın artıb.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı

09.06.2026

Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?

09.06.2026

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

09.06.2026

"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

09.06.2026

"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq

09.06.2026

"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi

09.06.2026

AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası  ®

09.06.2026

Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

09.06.2026

"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

09.06.2026

İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət

09.06.2026

Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA

09.06.2026

"BakıKart"ın qiyməti artdı

09.06.2026

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər

09.06.2026

Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib

09.06.2026

Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

09.06.2026

Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

09.06.2026

Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?

09.06.2026

Bakıda kirayə mənzillər UCUZLAŞACAQ

09.06.2026

AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb

09.06.2026
“AL Market”ə yeni marketinq direktoru təyin olundu

“AL Market”ə yeni marketinq direktoru təyin olundu - FOTO

09.06.2026

Məzənnə

Yüklənir...