Redaktor
Bu startap 150 milyon dollar investisiya aldı
"Teradar" adlı startap B seriyası investisiya turu çərçivəsində 150 milyon dollar sərmayə cəlb edib.
Valyuta.az xəbər verir ki, avtomobillər üçün yeni nəsil sensorlar hazırlayan "Teradar", mikrodalğalı və infraqırmızı diapazon arasında yerləşən elektromaqnit spektrinin terahers zolağından istifadə edir.
Şirkətin həmtəsisçisi və baş direktoru Mett Keri bildirib ki, onların hazırladığı sensorlar radar texnologiyasının ən yaxşı xüsusiyyətlərini lazer əsaslı lidar sistemlərinin yüksək dəqiqliyi ilə birləşdirir.
"Teradar" uzun mənzilli, yüksək dəqiqliyə malik və münasib qiymətə sensorlar istehsal edir. Şirkət bu texnologiyanın effektivliyini sübut etmək məqsədilə ABŞ və Avropadan olan beş böyük avtomobil istehsalçısı ilə əməkdaşlıq edir. Hazırda isə birbaşa avtomobil istehsalçılarına hissə və sistem təchiz edən üç tədarükçü ilə çalışır.
"Teradar" sensorlarının ilk dəfə 2028-ci il model avtomobillərdə istifadə olunması planlaşdırılır. Şirkət bu texnologiyanı inkişaf etmiş sürücü yardım sistemlərində və avtonom idarəetmə texnologiyalarında tətbiq etməyi hədəfləyir. Məlumata görə, şirkətin modulyar terahers mühərriki müxtəlif tətbiqlərə uyğunlaşdırıla bilir və bu texnologiyanın qiyməti radar və lidar texnologiyaları arasında olacaq.
Mett Keri qeyd edib ki, hazırda yalnız avtomobil sektoruna fokuslansalar da, gələcəkdə bu texnologiyanın müdafiə kimi müxtəlif sahələrdə də istifadə oluna biləcəyi istisna deyil. Bu baxımdan, müdafiəyə yönəlmiş fond olan "VXI Capital"ın investorlar arasında yer alması diqqət çəkir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025