Redaktor
Bu şəxslər TikTok-dan milyonlar qazanır
TikTok, qısa videolar formatında sosial media dünyasını kökündən dəyişdi. Platformada milyonlarla izləyici qazanan gənc kontent yaradıcıları bu populyarlığı böyük kommersiya uğuruna çevirə bildilər. Onlar yalnız videolar çəkməklə qalmayıb, öz şəxsi brendlərini formalaşdıraraq musiqi, moda, kosmetika, texnologiya və digər sahələrdə sərvət toplayıblar.
Valyuta.az bu siyahıda 2025-ci ilin ən zəngin TikTok ulduzlarına yer verib. Onların qazanc mənbələri – TikTok videoları, Instagram və YouTube gəlirləri, D2C (birbaşa istehlakçıya) məhsulları, podkastlar və brend əməkdaşlıqlarıdır.
1. Charli D’Amelio
Sərvəti: $30–50 milyon
TikTok-da 150 milyondan çox izləyicisi var. “The D’Amelio Show” (Hulu), “D’Amelio Brands” və “D’Amelio Footwear” kimi layihələrlə məşhurdur. Brendlərlə əməkdaşlıqları arasında Dunkin’, Procter & Gamble və Hollister kimi nəhənglər yer alır. Moda, gözəllik və media sahəsində gəlirlərini artırır.
2. Addison Rae
Sərvəti: $28–37 milyon
90 milyondan çox TikTok izləyicisinə sahibdir. Netflix filmlərində rol alıb, musiqi karyerasına başlayıb. American Eagle, YSL Beauty və Reebok kimi brendlərlə əməkdaşlıq edib. Öz kosmetika markası olan Item Beauty-nin təsisçisidir.
3. Zach King
Sərvəti: $20–35 milyon
İllüziya videoları ilə məşhurlaşıb. TikTok və YouTube platformalarında böyük auditoriyası və yüksək gəliri var. Chipotle və McDonald’s kimi brendlərlə əməkdaşlıq edib. Uşaqlar üçün kitablar, AR tətbiqləri və tədris paketləri təqdim edib.
4. Dixie D’Amelio
Sərvəti: $12–20 milyon
TikTok və musiqi sahəsində fəaliyyət göstərir. Pull&Bear və Lulus kimi markalarla əməkdaşlıqları var. “The D’Amelio Show” serialında ailəsi ilə birlikdə iştirak edir. Musiqi turlarından və moda-kosmetika satışlarından gəlir əldə edir.
5. Bella Poarch
Sərvəti: $12–18 milyon
90 milyondan çox TikTok izləyicisinə sahibdir. “Build a Bitch” kimi hit mahnılarla musiqi sahəsində uğur qazanıb. Moncler və Valentino ilə kampaniyalarda yer alıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş üzvüdür.
6. Josh Richards
Sərvəti: $10–20 milyon
25 milyondan çox izləyicisi var. Ani Energy içki markasının və Animal Capital fondunun təsisçisidir. CrossCheck Studios ilə media məzmunu istehsal edir. BFFs adlı populyar podkastın aparıcılarından biridir.
7. Loren Gray
Sərvəti: $6–10 milyon
TikTok və Musiqi sahəsində populyardır. “&Always” adlı zinət əşyaları brendini qurub. Skechers və Hyundai kimi brendlərlə işləyib. Musiqi, sosial media və D2C (birbaşa istehlakçıya) biznesləri ilə gəlirini artırır.
8. Michael Le (JustMaiko)
Sərvəti: $5–9 milyon
50 milyondan çox izləyicisi ilə rəqs və ailə temalı məzmunlar paylaşır. Disney, Ray-Ban və Hot Wheels kimi markalarla əməkdaşlıq edib. Öz geyim brendini yaradıb və texnoloji startup-lara sərmayə qoyur.
9. Spencer X
Sərvəti: $3–6 milyon
55 milyondan çox TikTok izləyicisi var. Beatbox janrında kontentlər hazırlayır. Oreo, Sony Music və HBO kimi tanınmış markalarla iş birliyi qurub. Təhsil məqsədli kurslar və musiqi platformalarından gəlir əldə edir.
10. Avani Gregg
Sərvəti: $3,5–6 milyon
45 milyon izləyicisi var. Gözəllik və makiyaj mövzusunda kontent hazırlayır. Morphe, NYX Cosmetics ilə əməkdaşlıq edib, öz makiyaj brendini qurub və kitab nəşr etdirib. Müxtəlif platformalarda fəaliyyətini genişləndirir.
Tənzilə Ağabalayeva