Redaktor
Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliyə görə, dövlət qulluqçusu müddətli həqiqi və ya alternativ hərbi xidmətə çağırıldıqda onunla dövlət qulluğuna xitam verilə bilər və bu halda əməkdaş üç aylıq orta məvacibi qədər müavinət alacaq.
Hərbi xidmətdən qayıdan dövlət qulluqçusu 60 gün ərzində müraciət etdiyi halda əvvəlki vəzifəsinə və ya analoji vəzifəyə bərpa olunacaq.
Bundan başqa, xidmətə gedənədək dövlət qulluqçusu olmuş şəxslərin hərbi xidmətdə keçirdiyi müddət də dövlət qulluğu stajına daxil ediləcək.
Valıyuta.az xəbər verir ki, dəyişikliklə bağlı hüquqşünas Ramil Süleymanov açıqlama verib.
O qeyd edib ki, hərbi xidmətə, alternativ hərbi xidmətə və ya aktiv hərbi əməliyyatlara gedən işçilərin hərbi sektorda olduğu müddətdə əmək stajının hesablanması Əmək Məcəlləsində var idi. İndi bu, Dövlət Qulluğu Haqqında Qanuna da əlavə edilib:
“DSMF üçün əmək haqqından pul çıxılırsa, iş tərkibindən, işin xarakterindən asılı olmayaraq vətəndaşa əmək stajı yazılmalıdır.
Doğrudur, elə dövlət qulluqçusu postları var ki, onlara hərbi xidmət keçmələri tələb olunmur. Lakin möhlət hüququ olan şəxslərin hərbi xidmətə cəlb olunması müvəqqəti təxirə salınır. Məsələn, həddən artıq kök şəxs arıqladıqdan sonra, gözü zəif görən müalicə və ya əməliyyatdan sonra hərbi xidmətə mütləq getməlidirlər”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025