Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Redaktor

13.03.2025 20:45
1,253

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Bir çox insan hər ay müəyyən miqdarda pul yığmaq istəyir, amma bunu bacarmır. Səbəblər müxtəlif ola bilər: nəzarətsiz xərclər, impulsiv alışlar, büdcə planlamasının olmaması və s. Buna baxmayaraq, əlinə hər ay müəyyən qədər pul gələn hər bir insan yığım istəyini həyata kemirə bilər. Bəs qazanılması çətin, xərclənməsi asan olan pul üçün yığımı necə həyata keçirmək olar?

Valyuta.az pul toplamaq üçün sadə, amma effektiv strategiyaları araşdırdı.

1. Büdcə planı hazırlamaq

Pul yığmağın ən effektiv yollarından biri aydın və real büdcə planı tərtib etməkdir. Bunun üçün gəlir və xərclərin balansını müəyyən etməliyik. Təbii ki, hər gün xərcləriniz çıxır. Ona görə də zəruri və ikinci dərəcəli xərclər olaraq xərclərinizi ayırın. Aldığınız hər hansı mal və ya məhsulun nə dərəcə də lazım olduğuna baxın.

 2. 50/30/20 qaydasını tətbiq etmək

Qayda belədir: 50% – zəruri ehtiyaclar üçün (kirayə, kommunal, ərzaq və s.), 30% – şəxsi istəklər üçün (əyləncə, geyim, restoran və s.), 20% – yığım və investisiya üçün ayırın. Yığım %-ni aldığınız maaşa uyğun təyin edə bilərsiniz. Əsas odur ki, müntəzəm olaraq müəyyən məbləği kənara qoyasınız.

3. “Özünə əvvəl ödə” prinsipini tətbiq edin

Pul yığmaq üçün əksər insanlar ayın sonunda qalan məbləği toplamağa çalışır. Amma adətən o məbləğ qalmır. Bunun əvəzinə, maaş aldığınız gün müəyyən məbləği ilk olaraq yığıma ayırın. Bu, sizi xərcləri avtomatik tənzimləməyə məcbur edəcək.

4. Xərcləri izləmək üçün tətbiqlərdən istifadə edin

Pulunuzu necə xərclədiyinizi görmək üçün maliyyə idarəetmə tətbiqlərindən (Monefy, Mint, PocketGuard və s.) istifadə edə bilərsiniz. Bu proqramlar sizə lazımsız xərcləri müəyyənləşdirməyə və optimallaşdırmağa kömək edəcək.

5. Nağd pul istifadə edin

Kartla ödəniş edərkən insanlar adətən nə qədər xərclədiyini hiss etmir. Gündəlik xərcləriniz üçün nağd pul ayırın və kart istifadəsini azaltmağa çalışın. Bu, xərclərə daha çox nəzarət etməyə kömək edəcək.

6. Hədəf təyin edin

Qarşınıza müəyyən müddətdə nə qədər məbləğ toplaya biləcəyinizə dair məqsəd qoyun. Məsələn, 6 ay ərzində 1000 azn yığmaq kimi və.s. Hər dəfə ay tamam olub, qoyduğunuz məbləğ artdıqca motivasiyanız artacaq və beləliklə yığım prosesi asanlaşacaq.

7. “Xərcləmədən bir gün” qaydasını tətbiq edin

Həftədə və ya ayda ən az bir gün heç bir əlavə pul xərcləməməyə çalışın. Bu üsul həm qənaət etməyə, həm də xərcləmə vərdişlərinizi nəzarətdə saxlamağa kömək edəcək.

8. Tələskən alışlardan qaçın

Bir şey almaq istədikdə 24 və ya 48 saat gözləmə qaydasını tətbiq edin. Bu müddət ərzində həmin məhsulun sizə həqiqətən lazım olub-olmadığını daha yaxşı anlayacaqsınız. Lazım olmadığı təqdirdə pul xərcləmə ehtimalının olduğu yerlərə getməməyə diqqət edin. 

9. Yığımınızı avtomatlaşdırın

Bank hesabınızda aylıq avtomatik yığım əmri verin. Hər ay maaş kartınızdan müəyyən məbləğin ayrıca yığım hesabına köçürülməsi sizi unudub xərcləməkdən qoruyacaq.

10. Gəlirinizi artırmağa çalışın

Əgər yığım etmək çətindirsə, xərcləri azaltmaqla yanaşı, əlavə gəlir mənbələri yaratmağa çalışın. Freelancer işləmək, online biznes qurmaq və ya yeni bacarıqlar öyrənərək maaşınızı artırmaq bu prosesdə sizə kömək edə bilər.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

12.03.2026

5 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib

12.03.2026

Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR

12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

12.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

12.03.2026

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

12.03.2026

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq

12.03.2026

Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər

12.03.2026

"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb

12.03.2026

"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır

12.03.2026

Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi

12.03.2026

"Replit" 400 milyon dollar investisiya cəlb edib

12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır?

YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL

12.03.2026

Məzənnə

Yüklənir...