Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

Redaktor

09.12.2025 17:15
30

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

“Netflix”in ötən həftə “Warner Bros.” satış prosesindən qalib çıxdığını elan etməsi sektorda böyük təəccüb yaradıb. Bu vəziyyətə ən sərt reaksiya verənlərdən biri isə təklifi rədd edilən “Paramount” olub. Şirkət bu məğlubiyyəti səssizcə qəbul etməyə hazır deyil.

Valyuta.az xəbər verir ki, “Paramount Skydance”ın baş direktoru Devid Ellison Hollivud səhnəsinə sürətli giriş edib. “Skydance”in ilin əvvəlində “Paramount”u 8 milyard dollara devralmasından sonra sektorda güc balansını dəyişdirən Ellison bu səhər CNBC-yə açıqlamasında studiyanın “Warner Bros.” investorlarına birbaşa təkliflə müraciət edəcəyini təsdiqləyib.

Məlumata görə, “Netflix” hər səhm üçün təxminən 28 dollar təklif edib və ümumilikdə 83 milyard dollarlıq razılaşma əldə olunub. “Paramount” isə səhm başına 30 dollar təklif etməklə bu rəqəmi üstələyir. Bu isə ümumilikdə 108 milyard dollarlıq satınalma deməkdir.

Lakin iki təklif arasındakı fərq yalnız məbləğdə deyil. “Netflix” sadəcə “Warner Bros.”un kino və televiziya studiyalarını, yayım infrastrukturunu və oyun bölmələrini almağı hədəfləyir. “Paramount”un 108 milyard dollarlıq təklifi isə bütün “Warner Bros. Discovery” şirkətinin tamamını əhatə edir.

Ellison CNBC-yə açıqlamasında “Bura başladığımız işi bitirmək üçün gəldik” deyərək niyyətlərini açıq şəkildə ifadə edib.

Bu təklif, “Paramount”un “Warner Bros.”un satış prosesini açıq şəkildə tənqid etməsindən sonra gəlib. Şirkət rəhbərliyi prosesi “Netflix”in xeyrinə yönləndirməkdə ittiham edir. “Paramount Skydance” ilin əvvəlindən bəri “Warner Bros.”u aqressiv şəkildə almağa çalışırdı.

Ellison, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə olan əvvəlki əlaqələrinin “Paramount”un təklifini gücləndirdiyini iddia edir. O, CNBC-yə açıqlamasında prezidentlə əla danışıqlar apardıqlarını. bildirib. “Paramount” özünün “Netflix”dən daha kiçik bir şirkət olması səbəbilə hüquqi təsdiq prosesində daha az maneə ilə qarşılaşacağını irəli sürür. Ellison ailəsinin Tramp ilə yaxın münasibətləri bu prosesə təsir göstərə biləcək mühüm amil kimi dəyərləndirilir.

ABŞ prezidenti də həftəsonu verdiyi açıqlamalarda “Netflix” - “Warner Bros.” razılaşmasının əhəmiyyətli hüquqi çətinliklərlə üzləşə biləcəyini bildirib. O, bazar payının artmasının “problem yarada biləcəyini” vurğulayıb.

“Paramount”un “Warner Bros.”u satın alması halında ən çox müzakirə olunan məqamlardan biri şirkətin ölkənin iki ən təsirli xəbər qurumu — CNN və CBS-ə nəzarət edəcək olmasıdır. Tramp administrasiyasına açıq dəstək verdiyi bilinən bir rəhbərliyin bu iki media qurumunu idarə etməsi hökumətin ictimai rəyə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırmış ola bilər. Bundan əlavə, hər nə qədər “Netflix”lə bağlı narahatlıqlar qədər ciddi olmasa da, belə bir anlaşma antitrest risklərini də gündəmə gətirir.

Ellison ailəsinin hüquqi maneələri aşmaq üçün Tramp administrasiyası ilə təmas qurmağa hazır olması fonunda bu narahatlıqların nə dərəcədə təsirli olacağı hələlik aydın deyil. Bütün bu qeyri-müəyyənliklər fonunda həm “Warner Bros.”un, həm də ümumilikdə Hollivudun gələcəyi hələ də qaranlıq görünür.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

"PAŞA Sığorta”ya yeni təyinat olub

09.12.2025

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

09.12.2025

İşsizlikdən sığorta ödənişləri: ən çox müraciət olunan bölgələr

09.12.2025

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

09.12.2025

Azərbaycana gətirilən köhnə avtomobillər üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub

09.12.2025

Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub

09.12.2025

Deputat: "Milli iqtisadiyyata xarici sərmayələr daha çox cəlb ediləcək"

09.12.2025

"Regional Su Meliorasiya Xidməti" 18 milyonluq sifariş verdi

09.12.2025

Bu 5 bank müştərilərə daha yüksək məbləğdə nağd kredit verir

09.12.2025

Bakı metrosu sabah daha çox işləyəcək

09.12.2025

Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı ®

09.12.2025

Pensiyalar bu tarixdə ödəniləcək

09.12.2025

Bankların dollar alışı azalıb, satışı artıb

09.12.2025

Məzənnə

Yüklənir...