Redaktor
Bir şişi 2-3 manata olan kabablar - Onlar nə ətindən hazırlanır?
Şəhərin bəzi yerlərində məhəllə arası kababxanalarda lülə-tikə kababın 1 şişini 2-3 manat satırlar. Nəzərə alsaq ki, ətin bir kiloqramının qiyməti 15-20 manat arası dəyişir, bu kababların qiyməti çox ucuzdur. Bu, normal olaraq insanlarda suallar doğurur. Bu kabablar necə bu qədər ucuz satılır?
Valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, illər boyu Azad İstehlakçılar Birliyi regionlarda kəsilən at, eşşək ətlərinin, murdar olmuş ətlərin Bakıya daşınmasını izləyir. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür:
![]()
“Onlar dəfələrlə ekspertizalar, həbslər və s. həyata keçirib. Amma bu problem həll olunmur. Səbəbi də odur ki, ölkədə istənilən ətin satılmasına icazə var. İstisna olunmur ki, 2-3 manatlıq kababları belə ətlərdən hazırlasınlar. Biz bunu da bilməliyik ki, lülə kababı farşdan hazırlanır. Farşın da içərisində heyvanın yeyilməyən hissələri - məsələn, beyni, yeli, dərisi və s. ola bilər. Yəqin ki, bu kimi ucuz kababların hazırlanmasında belə mənbələrən istifadə olunur. İnsanlar da bu kimi kabablardan uzaq durmalıdır. Biz tərəfdarıyıq ki, insanlar ucuz və keyfiyyətli məhsul alsınlar. Yaxşı olardı ki, kabablar 2-3 manat olsun, amma keyfiyyətli ətlərdən istifadə olunsun”.
Restorator Mahir Əhmədzadə də bildirdi ki, bu kimi yerlərdə satılan kabablar adətən tikə yox, lülə kabablar olur:
![]()
“Lülənin əti çəkilmiş olur, buna da bəzi işbaz şəxslər buna toyuq dərisini, filesini və s. qatırlar. Xarici ölkələrdən alınan ucuz qiymətə olan dondurulmuş quyruqlardan istifadə edirlər. Bundan əlavə o da ola bilər ki, bir şiş kababda 220 qram ət olmalıdırsa, onun çəkisini az edirlər. Bu formada müştəriyə təqdim edirlər. Təmiz ətdən 2-3 manata kabab satmaq mümkün deyil”.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı
12.03.2026DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu
12.03.2026Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
12.03.2026AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub
12.03.2026Alüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026