Redaktor
Bankların dollar alışı azalıb, satışı artıb
Bu ilin oktyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı banklar tərəfindən 174 milyon 490,8 min ABŞ dolları alınıb.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə bankların dollar alışı 16,60 faiz və ya 34 milyon 741,3 min dollar azalıb.
Hesabat dövründə əhaliyə 132 milyon 23 min ABŞ dolları satılıb ki, bu da 13,87 faiz və ya 16 milyon 90,1 min dollar artımdır.
Qeyd olunan dövrdə banklar tərəfindən 11 milyon 902,1 min avro alınıb, 10 milyon 804,6 min avro isə əhaliyə satılıb.
Avro üzrə alqı-satqı göstəricilərinə baxdıqda, sentyabr ayı ilə müqayisədə bankların avro alışı 16,48 faiz və ya 2 milyon 349,3 min avro azalıb, satışı isə 22,63 faiz və ya 3 milyon 158,9 min avro azalıb.
Tənzilə Ağabalayeva