Banklar kimi "unikal əmanətçi" hesab edir?

Redaktor

25.04.2025 10:44
238

Banklar kimi "unikal əmanətçi" hesab edir?

Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçıların görüşü keçirilib. 

9 iqtisadçının iştirakı ilə aprelin 23-ü keçirilən görüşdə, sədr bank sistemi ilə bağlı bir neçə məsələyə toxunub. Görüş zamanı müzakirə olunan məsələlərdən biri unikal əmanət hesabları olub.

Taleh Kazımov vurğulayıb ki, bu gün Azərbaycanda cəmi 150 min vətəndaşın əmanət hesabı var.

Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin sonundakı 106 min nəfərlə müqayisədə 40%-dən çox artım demək olsa da, bəzi iqtisadçılar düşünür ki, ölkə əhalisinin sayını nəzərə alsaq, bu rəqəmlər elə də böyük deyil. 

Bəs kimlər "unikal əmanətçi" hesab olunur?

"Unikal əmanətçi" dedikdə müəyyən bir dövr ərzində bank sektorunda yalnız bir dəfə nəzərə alınan əmanətə sahib olan şəxslər nəzərdə tutulur. Bu anlayış təkrar və ya çoxsaylı əmanət hesablarına baxmayaraq, bir şəxsin yalnız bir dəfə sayılması prinsipinə əsaslanır.

Sadə dillə desək, əgər bir nəfər eyni bankda və ya fərqli banklarda bir neçə əmanət hesabı açıbsa, o, yenə də yalnız bir "unikal əmanətçi" kimi qeydə alınır.

Bu statistika, ölkədəki insanların banklardakı əmanətlərinin ümumi sayını yox, aktiv şəkildə saxlanılan əmanətləri müəyyən etmək üçün istifadə olunur. Unikal əmanətçilərin sayı bank sektorunda əhalinin banklara olan etimad səviyyəsini ölçmək üçün istifadə olunur.

Bundan başqa, maliyyə savadlılığını və bank xidmətlərinə çıxış səviyyəsini qiymətləndirmək imkanı verir, rəqəmsal bankçılıq və maliyyə inklüzivliyi strategiyalarının nəticələrini izləməyə kömək edir.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu

17.03.2026

Məzənnə

Yüklənir...