Banklar kartların keşbek faizlərini azaldır -

Redaktor

14.08.2025 13:14
260

Banklar kartların keşbek faizlərini azaldır - SƏBƏB

Müştərilərin diqqətini çəkmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün bankların uzun illərdir istifadə etdiyi üsullardan biri də "keşbek kampaniyaları"dır. Yəni kartla edilən ödənişlərə görə müştəriyə müəyyən faizlə pul geri qaytarılır. Son illərdə 2X və daha yüksək keşbek vədləri ilə rəqabətə qoşulan banklar indi faizləri endirir, Hətta "keşbek kampaniyaları"nı dayandıran, onlardan imtina edən banklar da var.

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib ki, keşbek faizləri banklar üçün əslində əlavə bir xərc mənbəyidir. İqtisadçının sözlərinə görə, bu vəsaitlər birbaşa bankların öz büdcəsi hesabına qarşılanır və hər hansı qanunla tənzimlənmir. Yəni bu sadəcə olaraq, bankların müştəri cəlb etmək üçün könüllü tətbiq etdikləri bir təşviqdir:

“Əvvəlki dövrlərlə müqayisədə bu gün keşbek faizlərinin azalmasının əsas səbəblərindən biri də məhz bu xərclərin banklara ziyan gətirməsidir. Əvvəllər banklar kart istifadəçiliyini təşviq etmək, rəqəmsal ödənişləri artırmaq və müştəri bazasını genişləndirmək üçün yüksək keşbeklər təqdim edirdilər. Çünki hər bir kartla ödəniş zamanı bank təxminən 1-1.5% arası komissiya gəliri əldə edir. Bu səbəbdən banklar üçün vacib idi ki, müştərilər ödənişlərini nağd yox, kartla etsinlər”.

Ekspert xatırladıb ki, bəzi banklar hətta 3-5% keşbek təklif edirdilər:

“Bunun arxasında duran məntiq sadədir: banklar düşünürlər ki, bu cür təşviqlərlə müştəriləri daha yaxından tanıyacaq, onlara əlavə məhsullar - məsələn, kreditlər, valyuta dəyişimi və digər xidmətlər təklif edə biləcəklər.

Zaman keçdikcə və banklararası rəqabət artdıqca isə keşbek faizlərini süni şəkildə yüksəltmək tendensiyası yarandı. Bu da artıq bankların büdcəsinə ciddi təzyiq yaratmağa başladı. Daha dəqiq söyləsək, müştəri cəlb etmə xərcləri qazancdan çox oldu.

Nəticə etibarilə, keşbek sisteminin banklara gətirdiyi xərc də gəlirdən üstün oldu. Nəticədə bu, keşbek faizlərinin tədricən azaldılmasına səbəb olub”,- deyə X.Kərimli qeyd edib.

Qeyd edək ki, ötən ay - iyulda ən yüksək keşbek faizləri təklif edən banklar ABB, Unibank, Bank Respublika, Yelo Bank və Xalq Bank idi. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...