"Dövlət proqramı çərçivəsində güzəştli maliyyələşmə alətlərinin əhatə dairəsi genişləndiriləcək"

Redaktor

09.06.2026 11:07
80

"Dövlət proqramı çərçivəsində güzəştli maliyyələşmə alətlərinin əhatə dairəsi genişləndiriləcək"

Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış edib.

Valyuta.az xəbər verir ki, Zakir Nuriyev çıxışı zamanı rəqəmsal transformasiya, ödəniş sistemlərində innovativ texnologiyaların tətbiqi və Türk dövlətləri arasında maliyyə inteqrasiyasının perspektivləri barədə danışıb.

O bildirib ki, rəqəmsal transformasiyanın sürətlənməsi, ani ödəniş sistemlərinin genişlənməsi, rəqəmsal bankçılıq və innovativ maliyyə həlləri Türk dövlətləri arasında maliyyə əməkdaşlığının inkişafı üçün yeni imkanlar yaradır.

Çıxış zamanı Azərbaycan bank sektorunun son göstəriciləri də təqdim olunub. Qeyd edilib ki, 2026-cı ilin aprel ayında bank sektorunun aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 57,4 milyard manata çatıb. Bank sektorunun kredit portfeli isə 8,9 faiz artaraq 36 milyard manat təşkil edib.

Zakir Nuriyev aqrar sektorun maliyyələşdirilməsinin genişləndirilməsinin dövlət prioritetlərindən biri olduğunu vurğulayaraq bildirib ki, kənd təsərrüfatı və balıqçılıq sahələrinin inkişafına dair dövlət proqramı çərçivəsində aqrar kreditlər, sığorta mexanizmləri və güzəştli maliyyələşmə alətlərinin əhatə dairəsi genişləndiriləcək.

Tədbirdə bank sektorunun resurs bazasının gücləndiyi də diqqətə çatdırılıb. Bildirilib ki, depozit portfeli illik müqayisədə 2,8 faiz artaraq 37,8 milyard manata, fiziki şəxslərin depozitləri isə 18,7 faiz artaraq 17,3 milyard manata yüksəlib. Bununla yanaşı, depozitlər üzrə dollarlaşma səviyyəsinin azalması milli valyutaya və bank sisteminə etimadın artmasının göstəricisi kimi qiymətləndirilib.

Rəfiqə Abdin

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Renault" hərbi sifarişlərdən gəlirləri məhdudlaşdıracaq

09.06.2026

EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb

09.06.2026

Yaxın Şərq böhranı: Aşağıbüdcəli aviaşirkətlər iflas həddində

09.06.2026

ABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı

09.06.2026

Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?

09.06.2026

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

09.06.2026

"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

09.06.2026

"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq

09.06.2026

"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi

09.06.2026

AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası  ®

09.06.2026

Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

09.06.2026

"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

09.06.2026

İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət

09.06.2026

Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA

09.06.2026

"BakıKart"ın qiyməti artdı

09.06.2026

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər

09.06.2026

Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib

09.06.2026

Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

09.06.2026

Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

09.06.2026

Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?

09.06.2026

Məzənnə

Yüklənir...