Redaktor
Bank kartlarından müştəri daha çox qazanır, yoxsa bank?
Bank kartlarından istifadə hər birimiz üçün rahatlıq və çeviklik yaradır. Lakin cəmiyyətdə fərqli fikirlər də mövcuddur. Bəzi insanlar hesab edir ki, kartlardan istifadə yalnız bankların xeyrinədir, hətta “nağd pul daha sərfəlidir” düşüncəsini müdafiə edirlər.
Maraqlı sual yaranır ki, həqiqətənmi bank kartları banklara böyük qazanc gətirir? Ümumiyyətlə, alıcıların istifadə etdiyi bank kartlarından bankların qazanması prosesi necə olur?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, bank kartlarından istifadə zamanı banklar müəyyən qazanc əldə edirlər: “Bu qazanc əsasən, dövriyyədə olan vəsaitin idarə edilməsi, komissiya haqları və əlavə xidmətlərdən ibarətdir. Lakin bu proses vətəndaş üçün heç bir mənfi təsir yaratmır. Kartda saxlanılan vəsait bankın maliyyə resurslarına çevrilə bilər, lakin bu zaman vətəndaş həmin vəsaiti istədiyi zaman sərbəst istifadə edə bilir”.
Bəzi banklar vətəndaşların passiv vəsaitlərini gəlir mənbəyinə çevirə bilir
İqtisadçı ekspertin sözlərinə görə, bəzi banklar kart qalığına müəyyən faiz təklif edərək, vətəndaşların passiv vəsaitlərini də gəlir mənbəyinə çevirə bilir: "Vətəndaş əgər bank kartından istifadədən əlavə fayda əldə etmək istəyirsə, kəşbek təklif edən kartlardan istifadə edə bilər. Bu cür kartlar üzrə bəzi banklar, öz qazandıqları 1,2%-lik komissiyadan da artıq, hətta 4-5%-ə qədər vətəndaşlara geri ödəmə təqdim edirlər. Bu, kart istifadəçisinin xərcləri üzərindən əlavə qazanc əldə etməsinə imkan yaradır. Bundan başqa, banklar müştərinin istəyi əsasında kartlara kredit limiti də təyin edə bilir".

Qanunda o qadağandır ki...
İqtisadçı deyir ki, banklar kartla edilən hər ödəniş üçün adətən, xidmət göstərdikləri ticarət və xidmət obyektlərindən komissiya haqqı alırlar: “Bu, normal bir kommersiya münasibətidir və istehlakçıya zərər vurmur. Qanunda o qadağandır ki, nağd və kartla ödəniş arasında qiymət fərqi qoyulsun. Ticarət və xidmət obyektləri hər iki ödəniş formasına eyni satış qiyməti tətbiq etməlidirlər. Əgər obyekt kartla ödəniş zamanı əlavə məbləğ tələb edir və ya nağd ödəniş üçün daha aşağı qiymət təklif edirsə, bu, qanun pozuntusu hesab olunur və hüquqi məsuliyyət yaradır.
Ekspert sonda qeyd etdi ki, bank kartlarından istifadə çox hallarda vergi güzəştləri baxımından da sərfəlidir: “ƏDV sisteminə əsasən, kartla ödəniş zamanı ƏDV-nin 17,5%-i, nağd ödəniş zamanı isə cəmi 5%-i geri qaytarılır. Bu isə kart istifadəçiləri üçün əlavə üstünlük deməkdir”.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025