Redaktor
"BakıKart"ın qiyməti artdı
İctimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və kart infrastrukturunun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 1 iyul 2026-cı il tarixindən etibarən "BakıKart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.
Bu barədə Valyuta.az-a “Bakıkart”dan məlumat verilib.
Məlumatda bildirilib ki, "BakıKart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda "BakıKart" kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər.
Qeyd edilib ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən "BakıKart" kartlarının satış qiymətinə aiddir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı
09.06.2026Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?
09.06.2026"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
09.06.2026"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi
09.06.2026"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq
09.06.2026"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi
09.06.2026AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası ®
09.06.2026Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu
09.06.2026"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"
09.06.2026İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət
09.06.2026Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA
09.06.2026"BakıKart"ın qiyməti artdı
09.06.2026Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər
09.06.2026Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib
09.06.2026Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb
09.06.2026Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq
09.06.2026Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?
09.06.2026Bakıda kirayə mənzillər UCUZLAŞACAQ
09.06.2026AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb
09.06.2026