Redaktor
Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" keçirilir
Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" keçirilir.
Maliyyə sektorunun aparıcı nümayəndələrinin iştirak etdiyi tədbirdə regional xarakter daşıyan platformaların ortaq məqsədlərə çatmaq üçün vacib rolu və bu cür müzakirələrin ölkəmizin beynəlxalq nüfuzunun artmasına verdiyi töhfələr diqqətə çatdırılıb.
Valyuta.az xəbər verir ki, sammit zamanı maliyyə-bank sektorunun gələcək inkişaf istiqamətləri, rəqəmsal transformasiya prosesi, qarşıda duran əsas qlobal çağırışlar və kiber-təhlükəsizlik məsələləri barədə geniş müzakirələr aparılıb.
Mərkəzi Bankın İdarə Heyətinin üzvü Vüsal Xəlilov çıxışında maliyyə sektorunun inkişafında şəffaflıq və effektiv kommunikasiyanın rolunu vurğulayıb. O bildirib ki, hazırda sektor qarşısında duran ən böyük iki çağırış məhz xərclərin optimallaşdırılması və dələduzluq halları ilə mübarizədir.
Tədbirdə nağdsız ödənişlər sektorunda təsərrüfat subyektlərinin xərclərinin azaldılması istiqamətində görülən işlərə də toxunulub. Qeyd olunub ki, beynəlxalq kart təşkilatları ilə aparılan intensiv müzakirələr nəticəsində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə interchange haqlarının yuxarı həddi 0.25%-ə qədər aşağı salınıb və bu yenilik cari ilin iyun ayından qüvvəyə minəcək.
Sammitdə rəqəmsal ödəniş infrastrukturunun genişləndirilməsini əks etdirən statistik göstəricilər də iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, cəmi bir il öncə milli ödəniş sistemində ani ödənişlərin payı cəmi 2.4% təşkil edirdisə, cari ilin may ayında bu göstərici kəskin artaraq 54%-ə çatıb. Həmçinin ölkədaxili emal olunan və ən ucuz ödəniş növü hesab edilən AzQR sisteminin infrastruktur olaraq daha da genişləndiriləcəyi vurğulanıb.
Kiber-təhlükəsizlik və dələduzluq təhdidləri ilə bağlı kompleks tədbirlərin görüldüyünü deyən AMB rəsmisi ilin sonunadək bazara yeni idarəetmə qaydalarının tətbiq olunacağını bildirib. Eyni zamanda, Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən FinCERT mərkəzinin beynəlxalq akkreditasiyanı uğurla keçərək qlobal FIRST təşkilatına tam hüquqlu üzv qəbul edilməsi mühüm nailiyyət kimi qiymətləndirilib.
Təqdimat zamanı süni intellekt və rəqəmsallaşmanındövlət siyasətində prioritet istiqamət olduğu xatırladılıb, Mərkəzi Bankın daxili proseslərində, xüsusən də təhlükəsiz məhsul yaradılmasında bu texnologiyalardan aktiv istifadə edildiyi diqqətə çatdırılıb. Vüsal Xəlilov vurğulayıb ki, qlobal trendlər artıq mərkəzi bankların yalnız ənənəvi requlyator deyil, rəqəmsal maliyyə ekosisteminiquran əsas qurum kimi çıxış etdiyini göstərir və bütün tərəfdaşları bu ekosistemin formalaşmasındayaxından iştirak etməyə çağırıb.
Rəfiqə Abdin