Bağda ağlına gələn logo ideyası ilə brendini dünyaya sevdirdi

Redaktor

27.08.2025 08:30
263

Bağda ağlına gələn logo ideyası ilə brendini dünyaya sevdirdi - SƏHƏR OXUSU

Dünyanın ən dəyərli texnologiya brendlərindən biri olan “Apple” təkcə istehsal etdiyi məhsullarla deyil, həm də fərqli və yadda qalan logosu ilə fərqlənir. Sadə bir dişlənmiş alma təsviri bu gün innovasiya, keyfiyyət və etibarlılığın simvoluna çevrilib. Bəs bu logonun arxasında hansı tarix, hansı ideyalar dayanır?

Valyuta.az xəbər verir ki, “Apple Inc.” 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən qurulub. Şirkət ilk günlərində bir çox çətinliklərlə üzləşsə də, sonrakı dövrdə texnologiyanın inkişafında qabaqcıl rol oynayan brendlərdən birinə çevrilib. Maraqlıdır ki, Ronald Ueyn şirkətdəki payını cəmi iki həftə sonra 800 dollara sataraq bu uğur yolundan erkən ayrılıb.

“Apple” adının mənşəyi ilə bağlı bir neçə maraqlı fərziyyə mövcuddur. Bəziləri bu adı Həvvanın qadağan olunmuş meyvədən dişləməsi ilə əlaqələndirir. Digərləri isə Alan Törinqin zəhərli alma ilə intiharını simvolik mənada göstərirlər. Başqa bir versiyada isə “Apple” adı məşhur “Gündə bir alma həkimi uzaq saxlayar” ifadəsinə bağlanır. Stiv Cobs və Stiv Voznyak həmçinin adın telefon kitabçalarında “Atari”dən əvvəl gəlməsini istəmişdilər. Əslində isə Cobs meyvə pəhrizində olduğu dövrdə alma bağını ziyarət etdikdən sonra bu sadə və yaddaqalan adı təklif etmişdi.

İlk logodan ikonik simvola

“Apple”ın ilk logosu şirkətin üçüncü təsisçisi Ronald Ueyn tərəfindən hazırlanıb. Bu logo alma ağacının altında kitab oxuyan İsaak Nyutonun təsvirini daşıyırdı və almanın onun başına düşmə anını əks etdirirdi. Bədii baxımdan maraqlı olsa da, texniki və çap baxımından əlverişli deyildi. Stiv Cobs bu logonu köhnəlmiş hesab edərək dəyişiklik etmək qərarına gəlib.

Logonun əsas mərhələləri

1977-ci il – Cobs qrafik dizayner Rob Janoffu işə cəlb etdi. Yeni logo - altırəngli, dişlənmiş alma təqdim olundu. Bu, “Apple II” kompüterinin ilk rəngli ekranını simvolizə edirdi. Dişləmə detallı düşünülmüşdü: almanı albalıdan fərqləndirmək məqsədi daşıyırdı.

1984-cü il – “Macintosh”un təqdimatı ilə logodan “Apple” yazısı çıxarıldı və yalnız dişlənmiş alma simvolu qaldı. Şirkətin vizual imicinin sadələşdirilməsi mərhələsi başladı.

1998-ci il – Stiv Cobs şirkətə geri döndükdən sonra logonu mavi şəffaf dizayna keçirdi, daha sonra isə tünd qara rəngli minimalist logo təqdim edildi. Bu, həm yeni “iMac” modelləri, həm də “Apple”ın lüks brend strategiyası ilə üst-üstə düşürdü.

2001–2007 -ci illər – Aqua üslublu logo təqdim olundu və “iPod”, “iTunes” kimi məhsullarla birlikdə geniş auditoriyaya çatdırıldı.

2007–2015 – ci illər - Şirkət dizaynda xrom fakturasına keçdi və daha sonra onu düz, metalik və minimalist bir logoyla əvəz etdi. Bu üslub “Apple”ın alüminium əsaslı cihazları ilə vəhdət təşkil edirdi.

Logonun uğur sirri: sadəlik və tanınma

“Apple” logosu bu gün qlobal texnologiya simvoludur. Onun uğuru sadə və universal şəkildə anlaşılmasında gizlidir. Hətta “Apple” istifadəçisi olmayan şəxslər belə bu logonu dərhal tanıyır. Brendin adı ilə vizual simvolu arasında qurulan güclü əlaqə, onun yadda qalmasını və tanınmasını təmin edir.

Bu sadə logo həm də “Apple”ın istifadəçi dostu və intuitiv məhsul dizaynını təcəssüm etdirir. Real obyektlərin vizual təsvirinə üstünlük verən Cobs üçün bu yanaşma istifadəçilərin yeni interfeyslərə daha asan uyğunlaşmasına xidmət edirdi.

“Apple” haqqında maraqlı faktlar

“Apple” bəzən ABŞ hökumətindən daha çox nağd vəsaitə sahib olur.

1986-cı ildə şirkət “The Apple Collection” adlı geyim seriyası təqdim etmişdi.

Reklamlardakı cihazların əksəriyyətində saat 9:41 göstərilir. Bu, ilk "iPhone" təqdimatı ilə bağlıdır.

2021-ci ildə şirkət gündə orta hesabla 657 min "iPhone" satıb.

“iPad” planşetlərində bu günə qədər kalkulyator tətbiqi mövcud deyil, səbəbin Stiv Cobsun ilkin dizaynı bəyənməməsi olduğu deyilir.

“Apple” illər boyunca yalnız texnologiyaya deyil, həm də brendin inkişafına daim investisiya qoyub. Hər məhsul nəsli ilə paralel olaraq loqonun da dəyişməsi, şirkətin modernlik və yeniliyə olan sadiqliyini göstərir.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...