Yükdaşıma şirkətləri ilə bağlı yeni tələblər - 50 000 manat

Redaktor

14.04.2025 14:38
262

Yükdaşıma şirkətləri ilə bağlı yeni tələblər - 50 000 manat

Azərbaycanda yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər üçün nizamnamə kapitalının minimum 50 min manat məbləğində müəyyən edilməsi təklif olunur.

Valyuta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının Nəqliyyat və Logistika Müəssisələri Komissiyasının sədri Kamran Həbibov bildirib.

Onun sözlərinə görə, hazırda “Nəqliyyat-ekspeditor fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində iş aparılır: “Sahibkarlar beynəlxalq təcrübəyə əsaslanaraq təklif edirlər ki, logistika zəncirinin bütün iştirakçıları - o cümlədən anbarlar, beynəlxalq və yerli avtodaşıyıcılar, nəqliyyat-ekspeditor şirkətləri - icbari məsuliyyət sığortasına cəlb olunsun. Eyni zamanda bu sahədə fəaliyyət göstərən şirkətlər üçün nizamnamə kapitalına dair xüsusi tələblər müəyyən edilsin. Qanun layihəsinin hazırlanmasında iştirak edən sahibkarlar hesab edirlər ki, bu, Azərbaycanda logistika sektorunun inkişafına təkan verəcək”.

K. Həbibov qeyd edib ki, yeni qanun çərçivəsində şirkətlər üçün nizamnamə kapitalının minimum 50 min manat müəyyən olunması təklif edilir: “Hazırda bu sahədə fəaliyyət göstərən bir çox şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Bu, əvvəllər biznesin təşviqi baxımından məqsədəuyğun idi. Lakin indi risklərə əsaslanaraq, fəaliyyət növlərinə uyğun tələblər qoyulmalıdır. Həmçinin bu, tibb mərkəzlərinə də aiddir, onların da nizamnamə kapitalı 10 manat təşkil edə bilməz. Məsələn, bankların və sığorta şirkətlərinin nizamnamə kapitalının yüksək olması həmin sahələrdəki risklərlə bağlıdır. Yükdaşıma sektoru da riskli sahədir və beynəlxalq təcrübədə, məsələn, Avropa İttifaqı ölkələrində minimum nizamnamə kapitalı 25 min avro təşkil edir”.

Komissiya sədri əlavə edib ki, yükdaşıma sahəsində ən vacib məsələlərdən biri mülki məsuliyyətin icbari sığortasıdır: “Təklif olunur ki, yeni qanunda bu sahədə fəaliyyət göstərəcək şirkətlərə mülki məsuliyyətin icbari sığortası tətbiq edilsin. Bu, yükdaşıma xidmətlərinin etibarlılığını və təhlükəsizliyini artıracaq. Hər hansı şirkət ziyanla üzləşdikdə, bu zərərlər sığorta vasitəsilə qarşılanacaq. Mülki məsuliyyətin icbari sığortası üzrə minimum məbləğ beynəlxalq konvensiyalara uyğun şəkildə müəyyənləşdirilməlidir”.

Onun sözlərinə görə, bu sığorta yalnız avtodaşıyıcılara deyil, həm də digər logistika iştirakçılarına - anbarlar, yükaşırma xidmətləri və s. xidmətlərədə şamil olunmalıdır:

“Məsələn, beynəlxalq avtodaşıma sektorunda 8,33 SDR (1 kiloqram üçün təxminən 11 ABŞ dolları) anlayışı mövcuddur. Bu da bir avtomobil üçün təxminən 220 min ABŞ dolları məbləğində sığorta məsuliyyəti deməkdir. Ümumilikdə isə ortalama sığorta məbləği 1 milyon ABŞ dollarından yuxarı olmalıdır. Əgər bu sığorta təmin olunmazsa, beynəlxalq şirkətlər yerli daşıyıcılara etibar etmirlər. Azərbaycanın avtodaşıyıcıları Avropa və digər ölkə bazarlarına çıxmaq istəyirlərsə, fərdi məsuliyyətin icbari sığortası mütləq şəkildə tətbiq edilməlidir”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Məzənnə

Yüklənir...