Redaktor
Azərbaycanda ÜDM istehsalı 106 milyard manatdan çox olub
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 106 milyard 435,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Valyuta.az xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artım baş verib.
ÜDM istehsalının 34,0 faizi sənaye, 10,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 faizi tikinti, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,9 faizi isə digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 9,7 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 10 392,6 manata bərabər olub.