Redaktor
Azərbaycanda ölmək neçəyə başa gəlir? - Fantastik məbləğ
İnsanın dünyasını dəyişməsi təkcə mənəvi deyil, həm də maddi baxımdan ailəyə ciddi yük gətirir.
Dəfn mərasimləri digər şənlik və tədbirlərdən fərqli olaraq, nə qənaətə gedilə, nə də təxirə salına bilər. Bu səbəbdən də son illər "Azərbaycanda ölməyin qiyməti” mövzusu cəmiyyətin diqqətindədir.
Bəs Azərbaycanda ölmək neçəyə başa gəlir?
İqtisadçı Eyyub Kərimli bununla bağlı qeyd edib:
"1-ci vəfat və dəfn günü: cənazənin yuyulması, kəfən, dəfn maşını, cənazə namazı – 1000–1500 AZN.
Qəbir yeri – şəhərdən kənarda tapsanız 2500–3000 AZN; qəbrin qazılması isə 300 AZN.
Evə gələn qonaqlar üçün 300–500 AZN xərclənir.
Mərhumun 3–7-si mərasim evi: bir nəfər üçün minimum 20–25 AZN, 300 nəfər üçün = 6000 AZN.
Molla (qadın və kişi) – 500 AZN.
Mərhumun 40-na qədər cümə axşamları: 250 AZN x 5 = 1250 AZN.
40 mərasimi: 25 AZN x 200 nəfər = 5000 AZN.
Baş daşı minimum 1500 AZN.
Beləliklə, 40 gün ərzində xərclər 18 000–20 000 AZN civarında olur.
Matəm qəfil bir məsələdir və bəzən ailələri hazırlıqsız vəziyyətdə yaxalayır. Mərhum üçün əbədi rəhmət oxutdurmaq üçün bu vəsaitin, imkansız uşaqların təhsil haqqına və ağır xəstələrin müalicəsinə xərclənməsi daha böyük səvab olardı.
Mərasim evlərində verilən ehsanın maya dəyəri 20 AZN-dən çox deyil, hər mərasimdən isə 2–3 min AZN, ayda isə 40–60 min AZN gəlir əldə edilir".
İqtisadçı sonda çağırış edərək bildirib ki, dövlət tərəfindən böyük qəbirstanlıqlar hazırlanmalı və vətəndaşlar ödənişsiz təmin edilməlidir.
©Musavat.com
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025