Redaktor
Azərbaycanda lüks yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
Azərbaycanda müxtəlif modellərə məxsus lüks yaxtalar satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.
Bakıda yaxta satışını yenicə fəaliyyətə başlayan türkiyəli iş adamı Oğuz Evinç həyata keçirir. Məlumata görə, təqdim olunan yaxtaların hamısı hazırda Türkiyədədir.
Satışa çıxarılan yaxtalar aşağıdakı kimidir:
Christensen Shipyard Ltd. tərəfindən istehsal olunmuş 42.6 metrlik lüks motor yaxta 2001-ci ildə istehsal edilib. 2023-cü ildə əsaslı təmir (refit) olunan yaxta həm texniki, həm də dizayn baxımından yenilənib. Satış qiyməti 6 milyon 250 min manat olaraq təyin edilib.
Yaxtanın uzunluğu 42.6 metr, eni 8.20 metr, suya oturumu isə 2.30 metrdir. Ümumi tonnajı 235 ton, net tonnajı 76 ton, yerdəyişməsi isə 232 metrik ton təşkil edir. Gövdə materialı GRP (plastik kompozit) olan yaxtanın həm daxili, həm də xarici dizaynı "Christensen Shipyards Ltd." tərəfindən hazırlanıb. Gəmi IYB sinifinə aiddir və MCA standartlarına uyğundur, lakin ISM və ISPS tələblərinə cavab vermir.
Yaxta iki ədəd 1 450 at gücünə malik Detroit 16V92 DDEC mühərriki ilə təchiz olunub. Maksimal sürəti 18 düyün, səyyar sürəti isə 12 düyündür. Yanacaq tutumu 34 400 litr, təmiz su tutumu 5 677 litr, çirkab su tutumu isə 2 500 litrdir. Gəmi 3 500 dəniz mili məsafə qət edə bilir.
Bundan əlavə, yaxta üzərində biri 53 kW-lıq Kohler (2018-ci ildə quraşdırılıb), biri 99 kW-lıq və biri də gecə istifadə üçün nəzərdə tutulmuş 32 kW-lıq Onan generator olmaqla, ümumilikdə üç generator mövcuddur.
Lüks və uzaq məsafələr üçün nəzərdə tutulmuş bu model yüksək komfort və güvənli dəniz səyahətləri üçün ideal seçim hesab olunur.

İstanbulda yerləşən və 2023-cü ildə tam yenilənmiş “AB Yacht 92” adlı lüks yaxta: Kevlar materialdan inşa olunmuş bu model sürət üçün dizayn edilsə də, yüksək komfort və dayanıqlılıq xüsusiyyətləri ilə də seçilir. Bakıya çatdırılma qiymətə daxil deyil və əlavə olaraq hesablanacaq.
Yaxtada geniş açıq məkanlar, sosial zonalar, panoramik salon və müasir təchizatlı mətbəx mövcuddur. Geniş interyerə malik bu modeldə 4 hamam otaqlı kabin və 4 nəfərlik heyət üçün yaşayış sahəsi nəzərdə tutulub. 2023-cü ildə yaxtanın elektron sistemləri tam yenilənib. Avadanlıqlar sırasında FLIR kamera, manevr kontrolleri və ən son naviqasiya texnologiyaları yer alır.
Yaxta həm texniki göstəricilər, həm də yaşayış rahatlığı baxımından yüksək səviyyədədir. Bura tik ağacından hazırlanmış yan göyərtələr, elektrik və hidrolik kanatlar, qayıq garajı, sualtı və güverte işıqlandırma sistemləri, sərt üst örtük, kompressor sistemi və keçid platformaları daxildir.
Yaxtada peyk TV antenası, qaldırılan televizor sistemi, Hi-Fi audio, AM/FM radio kimi əyləncə vasitələri quraşdırılıb. Mətbəx zonasında isə buzqutusu, buz istehsalçısı, paltar yuyan və qurutma maşını, qab yuyan, qəhvə maşını, plitələr və şərab soyuducusu mövcuddur.
Təhlükəsizlik və texniki baxımdan yüksək səviyyədə olan bu yaxta həm də işıqlandırma tənzimləmə sistemi, su generatoru, elektrik tualetlər və qara su çəni ilə təchiz edilib. Geniş kokpit və mindərlərlə təchiz olunmuş açıq məkanlar yay mövsümü üçün ideal istirahət şəraiti yaradır.
“AB Yacht 92” satışa 3 milyon 500 min manat qiymətlə çıxarılıb.

2002-ci il İspaniya istehsalı olan lüks motor "Astondoa Elegance 80" model yaxta 5 kabinli quruluşa malikdir və komfortlu istirahət üçün nəzərdə tutulub.
Yaxta iki ədəd 1 500 at gücündə MTU mühərriklə təchiz olunub. Həmçinin ön və arxa pərvanə sistemləri mövcuddur ki, bu da idarəetməni və manevr qabiliyyətini xeyli asanlaşdırır. Gəmidə iki ədəd generator quraşdırılıb.
Satış qiyməti 1 milyon 250 min manat olaraq müəyyən edilib. Qiymət İstanbuldan təhvil üçün nəzərdə tutulub, Bakı çatdırılması qiymətə daxil deyil.

2000-ci ildə istehsal olunan “Astondoa 95” model lüks motor yaxtanın uzunluğu 29.45 metr, eni isə 6.30 metrdir. Suya oturumu 1.82 metr olan bu modelin körpü keçid hündürlüyü 8.70 metr təşkil edir. Ümumi yerdəyişməsi 110 ton olan yaxta geniş gövdə quruluşu və rahat interyeri ilə seçilir.
Gəmidə 6 kabin və 8 nəfərlik yataq yeri mövcuddur. Salonun hündürlüyü 2.10 metrdir ki, bu da geniş və komfortlu yaşam sahəsi təmin edir. Təmiz su üçün 2 500 litrlik çən, çirkab su üçün isə 1 000 litrlik tutum quraşdırılıb.
“Astondoa 95” üç ədəd MAN 1300 mühərriki ilə təchiz olunub. Hər mühərrikin gücü 1 300 at gücünə (956 kVt) bərabərdir. Yanacaq çəni 12 000 litr həcmindədir və dizel yanacağı ilə işləyir.
Yaxtanın satış qiyməti 1 milyon 100 min manat olaraq müəyyən edilib.

Geniş və funksional planlaması ilə seçilən, 2004-cü il istehsalı olan “Aicon Fly 56” model lüks motor yaxta 3 əsas kabin (1 VIP, 1 master, 1 single), əlavə olaraq 1 heyət kabini ilə təchiz olunub.
2023–2024-cü illərdə təxminən 100 000 avro dəyərində əsaslı təmir (refit) işləri aparılıb. İki ədəd 800 at gücündə Caterpillar mühərriklər krank istisna olmaqla tam rektifikasiya edilib. Şaft və pərvanə balanslaşdırılıb, şaft yataqları yenilənib, su istehsalçısı və kondisioner sistemlərinə texniki qulluq göstərilib. 17 kVt gücündə Köhler generator sıfır enjektorla birlikdə rektifikasiya olunub. Gəminin bütün şüşələri yenilənib və texniki aksamlar tam işlək vəziyyətdədir.
Yaxta əlavə olaraq yeni fayfer və 20 futluq tender botla birlikdə satılır. Hal-hazırda Türk bayrağı altında qeydiyyatdadır.
Ön və arxa pərvanə sistemi, Raymarine E120 radar və naviqasiya cihazları, uydu rabitəsi, ekranlı AIS cihazı, otopilot, dümen bucağı göstəricisi, smart TV, Bosch markalı qabyuyan və paltaryuyan/qurutma maşınları, dərin dondurucu, buzdolabı, buz istehsalçısı, hər otaqda musiqi sistemi, 48 000 BTU gücündə salon və otaq kondisionerləri, 3 kVt gücündə inverter, sualtı işıqlandırma və arxa hissədə işıqlı gəmi adı ilə təchiz olunub.
Yaxtanın su istehsalçısı saatda 200 litr tutuma malikdir və 536 saat istifadə olunub. Mühərriklər 1 775 saatda, generator isə 3 000 saatda işləyib.
Satış qiyməti 700 000 manatdır, bu qiymətə tam təmirli, istifadə üçün hazır vəziyyətdə olan, texniki baxımdan xərc tələb etməyən yaxta daxildir.

“Tecnorib Prelli Pzero 1400 Sport” model yaxta güclü mühərrik performansı və yüksək manevr qabiliyyəti ilə seçilir. 2023-cü ildə keçirilmiş texniki baxış və təkmilləşdirmə işləri çərçivəsində mühərriklərin hər biri 500 at gücünə qədər artırılıb. Beləliklə, ümumi güc 1 500 at gücünə çatıb və bu göstərici yaxtaya maksimal sürət imkanı qazandırıb.
Gücləndirilmiş gövdə strukturu yüksək sürətlərdə belə sabitlik və təhlükəsizlik təmin edir.
Əsas avadanlıqlara GPS sistemi, dərinlik ölçən, otopilot, iki ədəd VHF rabitə cihazı, Bluetooth səs sistemi, soyuducu, tik ağacından hazırlanmış göyərtə, LED işıqlandırma və sualtı LED işıqlar mövcuddur. Həmçinin hidrolik günəş yataqları, iki ədəd üzgüçülük nərdivanı, isti su sistemi ilə təchiz edilib.
Yaxtada “IPS Skyhook” manevr və sürüş sistemi də mövcuddur ki, bu da dəqiq mövqe saxlama və asan idarəetmə imkanı yaradır.
Satış qiyməti 600 000 manat təşkil edir.

Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025