Azərbaycanda iş müsahibəsinin çoxmərhələli olması nə dərəcədə doğrudur?

Redaktor

28.08.2025 11:04
367

Azərbaycanda iş müsahibəsinin çoxmərhələli olması nə dərəcədə doğrudur?

Qlobal təcrübədə böyük şirkətlərdə işə qəbul prosesi çoxmərhələli olur və namizədlər bu prosesi şəxsi və peşəkar inkişaf fürsəti kimi dəyərləndirirlər. Azərbaycanda isə bu proses adətən 1-2 mərhələdən ibarətdir. Lakin bəzən namizədlər bu qısa prosesin sonunda işə qəbul olunmadıqda, narazılıq ifadə edərək “vaxtımı aldılar”, “yalandan çağırdılar” kimi fikirlər səsləndirirlər.

Ümumiyyətlə Azərbaycan kimi bir ölkədə və şirkətlərin az olduğu bir yerdə iş müsahibəsinin bu qədər uzanması nə dərəcədə doğrudur? Və maksimum nə qədər olmalıdır?

Mövzu ilə bağlı Valyuta.az-a danışan "Baker Tilly Audit Azerbaijan"ın HR direktoru Təranə Qurbanova bildirib ki, müsahibənin keçirilməsi ölkənin miqyasına deyil, vakansiyanın xüsusiyyətlərinə uyğun təşkil olunmalıdır:

"Hər bir vəzifə üzrə müsahibə prosesi onun məsuliyyəti və tələbləri nəzərə alınmaqla planlaşdırılmalıdır. Bəzən bir vakansiyaya yüzlərlə namizəd müraciət edir ki, bu da CV-lərin filtrlənməsi, namizədlərin seçilməsi və görüşlərin təşkili kimi mərhələləri daha mürəkkəb və vaxtaparan bir prosesə çevirir. Bu səbəbdən müsahibəyə dəvət edilən namizədə mərhələlər barədə öncədən məlumat verilməsi vacibdir. Əks halda, namizədin gözlənilmədən test tapşırıqları ilə qarşılaşması haqlı narazılığa səbəb ola bilər. Belə hallarda namizədin etimadı azalır, prosesin şəffaf olmaması isə şirkət haqqında ümumi təəssüratın zəifləməsinə gətirib çıxarır".

T.Qurbanova qeyd edib ki, namizədlərin HR ilə ilkin müsahibə, texniki test, departament rəhbəri ilə görüş və digər mərhələlər barədə əvvəlcədən məlumatlandırılması daha səmərəli nəticə verir:

"Müsahibə namizədin ilkin təqdimat formasıdır. Bəzən özünü yaxşı təqdim edən, səlis danışıq qabiliyyətinə malik olan şəxslər müsahibənin əvvəlində müsbət təəssürat yaratsalar da, sonrakı dəqiqələrdə bədən dili və əlaqəsi olmayan mövzulara toxunmaları onların barəsində yanlış fikir formalaşdıra bilər.

Əgər vakansiya “soft skills” (yumşaq bacarıqlar) tələb edirsə, bu halda “hard skills” (texniki bacarıqlar) yoxlanmalıdır. Razıyam ki, bəzi sahələrdə kadr çatışmazlığı müşahidə olunduğu üçün həmin müəssisələrdə müsahibə prosesi daha çevik həyata keçirilir. Lakin digər hallarda bir vakansiya üzrə işə qəbul üçün bir neçə mərhələli müsahibələr aparmaq zəruri olur. Müəyyən vəzifələr üçün ilkin mərhələdə test, məntiq, psixoloji və stress testlər keçirilir. Bu mərhələləri uğurla keçən namizədlər növbəti müsahibələrə dəvət olunur. Məsələn, "çağrı mərkəzi"ndə çalışacaq bir şəxsin stress testdən keçməsi vacibdir, çünki bu şəxs müxtəlif xasiyyətli insanlarla ünsiyyətdə olacaq və stresin hansı səviyyədə idarə ediləcəyi önəmli rol oynayacaq. Eyni zamanda yazılı tərcümə ilə məşğul olacaq namizədin texniki bilik və bacarıqları əsas götürülür".

"Təəssüf ki, bəzi namizədlər qərarların daha tez verilməsini istəyir və prosesin nisbətən uzun çəkməsini düzgün dəyərləndirmirlər. Bu baxımdan, vəzifənin xarakteri və məsuliyyət dərəcəsi nəzərə alınaraq müsahibə mərhələlərinin və müddətinin uyğun şəkildə müəyyənləşdirilməsi olduqca vacibdir", - deyə ekspert vurğulayıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...