Redaktor
Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - Araşdırma / Video
Xəzər dənizinin Azərbaycana aid hövzəsində 23 ada var. Amma, bu adalara səyahət etmək yalnız xüsusi icazələrlə mümkündür.
Valyuta.az xəbər verir ki, bir neçə il əvvəl turistlərin istirahətini təmin etmək məqsədilə ölkənin ən böyük adası olan və Nargin adı ilə tanınan Böyük Zirədə "Azərbaycan Mirvarisi" turizm layihəsinin salınması planlaşdırılsa da, icrası tamamlanmadı
Turizm üzrə ekspertlər deyir ki, ada turizmi həm gəlirli, həm də inkişaf perspektivlərinin yüksək qiymətləndirilməsi baxımından tələbatlı sahədir. Lakin Azərbaycanda adalara səyahət təşkil etmək həm nəqliyyat, həm də icazə baxımından çətin olduğundan turist gəzintilərinin həyata keçirilməsi mümkün deyil.
Ekspert onu da əlavə etdi ki, ölkədəki adaların, xüsusilə də Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan ibarət olması buna daha çox imkan yaradır.
Ölkədə ada layihələrinin yaradılması məsələsi ilə bağlı Dövlət Turizm Agentliyinə də müraciət etdik.
Qurumdan bildirildi ki, Xəzər dənizində yerləşən adaların turizm baxımından inkişafına ümumi bir yanaşma tətbiq oluna bilər. Bu mənada ilkin olaraq əlçatanlıq məsələsinin həlli önəmlidir. Hazırda bu sahənin inkişafı prioritet istiqamət deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu
12.03.2026Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
12.03.2026AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub
12.03.2026Alüminiumun qiyməti bahalaşdı
12.03.2026Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır
12.03.2026Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq
12.03.2026Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®
12.03.2026"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO
12.03.2026Süni intellekt startapı 550 milyon dollar investisiya alıb
12.03.2026Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ
12.03.2026Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi
12.03.20265 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib
12.03.2026Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR
12.03.2026