Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

Redaktor

09.06.2026 15:10
78

Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

Azərbaycanda yaradılacaq Süni İntellekt Akademiyasında 3 000 nəfərlik süni intellekt cəmiyyətinin formalaşdırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin baş məhsul sahibi İbrahim Süleymanov Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumunun açılış mərasimində deyib.

Onun fikrincə, beynəlxalq təhlillər süni intellektin qlobal bazara əhəmiyyətli dərəcədə təsir göstərəcəyini ortaya qoyur:

"Milyonlarla insan iş proseslərini dəyişəcək. Bu reallıq bir daha aydın şəkildə göstərir ki, gələcəyin uğuru bilik bazarı və dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti ilə müəyyən olunacaq. ​Müasir dövrdə süni intellekt üzrə mütəxəssislərə ehtiyac sürətlə böyüyür. Bu isə onu göstərir ki, həmin istiqamətdə bilik əldə etmək hər bir gənc üçün geniş peşəkar perspektivlər yaradır".

İ.Süleymanov bildirib ki, Azərbaycanda süni intellekt sahəsində ardıcıl və sistemli fəaliyyətlər həyata keçirilir:

"Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyasında süni intellekt üzrə bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə geniş əhatəli pulsuz tədris platformasının yaradılması və istifadəçi sayının 10 min nəfərə çatdırılması hədəflənir. Bu təşəbbüs minlərlə gəncin müasir biliklərə çıxış imkanlarını artırmaq baxımından mühüm rol oynayacaq. ​Bununla yanaşı, ölkədə Süni İntellekt Akademiyasının qurulması, ən azı iki nüfuzlu xarici ali təhsil müəssisəsi ilə əməkdaşlığın təmin edilməsi, 500 mühəndisin yetişdirilməsi və 3 min nəfərlik süni intellekt cəmiyyətinin yaradılması nəzərdə tutulmuşdur. Bu hədəflər Azərbaycanın gələcək rəqəmsal inkişafında insan kapitalının gücləndirilməsinə yönəlmişdir".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı

09.06.2026

Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?

09.06.2026

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

09.06.2026

"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

09.06.2026

"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq

09.06.2026

"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi

09.06.2026

AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası  ®

09.06.2026

Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

09.06.2026

"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

09.06.2026

İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət

09.06.2026

Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA

09.06.2026

"BakıKart"ın qiyməti artdı

09.06.2026

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər

09.06.2026

Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib

09.06.2026

Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

09.06.2026

Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

09.06.2026

Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?

09.06.2026

Bakıda kirayə mənzillər UCUZLAŞACAQ

09.06.2026

AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb

09.06.2026
“AL Market”ə yeni marketinq direktoru təyin olundu

“AL Market”ə yeni marketinq direktoru təyin olundu - FOTO

09.06.2026

Məzənnə

Yüklənir...