"Azərbaycanda 12-15 sığorta şirkəti olsa, kifayət edər"

Redaktor

08.09.2025 10:30
431

"Azərbaycanda 12-15 sığorta şirkəti olsa, kifayət edər"

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sayına baxdıqda, 2020-ci ildə 20 şirkət mövcud olubsa, 2025-ci ilə yaxın bu rəqəm 16-ya enib. Maraqlıdır, sığorta şirkətlərinin fəaliyyətini dayandırmasına hansı əsas səbəblər təsir edir? Burada müştərinin payı varmı, yoxsa proses daha çox şirkətin daxilindəki maliyyə və idarəetmə məsələlərindən qaynaqlanır? Hazırda 16 sığorta şirkətinin 10 milyonluq əhaliyə xidmət göstərməsi beynəlxalq təcrübə ilə müqayisədə normal göstərici sayılırmı? 

Bu barədə Valyuta.az-a danışan sığorta eksperti Kamran Babayev bildirdi ki, 10 il bundan əvvəl 20-dən çox sığorta şirkəti fəaliyyət göstərirdi: “2013-2014 illərdə Azərbaycanda sığorta şirkətlərinin sayı 25 üzərində idi. Müddət keçdikcə bu say azaldı. Bəzi sığorta şirkətləri səhmdarların qərarı ilə könüllü ləğv etməyə getdilər, bəziləri isə requlyator tərəfindən məcburi ləğv olundu. Məcburi ləğvin səbəbi sığorta şirkətlərinin kapitala olan tələblərə cavab verməməsi oldu, müflis olan şirkətlər də oldu”.

Sığorta ekspertinin fikrincə, strategiyanın düzgün olmaması, risklərin düzgün idarə olunmaması, gələcəyə plansız şəkildə addımlama və üzünmüddətli hədəflərin olmaması bir çox sığorta şirkətlərinin müflis və ləğv olunmasına gətirib çıxardı: “Daha dayanıqlı sığorta şirkətləri fəaliyyətini davam etdirərkən, zəif oyunçular bazarı tərk etməli oldular”. 

Şirkətlər çoxaldıqca rəqabət güclənir, lakin maliyyə dayanıqlığı risk altında olur

Say məsələsinə gəldikdə isə, ekspert deyir ki,  şirkətlərin çox olması daha güclü rəqabət deməkdir: “Bazarı pozan oyunçular olur ki, əsassız dempinqə gedirlər, nəticədə isə maliyyə sabitliyini necəsə qorumaq üçün sığorta hadisəsi zamanı zərərləri həqiqi zərərdən daha az qiymətləndirirlər və bu müştərilər tərəfindən ciddi narazıçılıqlar yaradır. Bazarın inkişafı üçün əsas faktorlardan biri insanların sığorta şirkətlərinə güvənməsidir. Belə hallar isə tam tərs effekt yaradır. Qeyd etdiyim kimi, şirkətlərin çox olması rəqabəti gücləndirir, amma şirkətlərin bazar payı azalır və bəzi şirkətlərin maliyyə dayanıqlığı risk altında olur. Rəqabətin özü yaxşıdır: qiymətlər aşağı düşür, xidmət yaxşılaşır”.

Kiçik bazarda oyunçuların çoxluğu problemlər yaradır

K.Babayev bildirir ki, kiçik bazarda oyunçuların çoxluğu problemlər yaradır: “Yığılan sığorta haqları hamıya bölünür, şirkətlər üçün dayanıqlılıq təmin edəcək həcmlər çatışmır, iflas riski artır, tənzimləyici orqan üçün nəzarət çətinləşir. Buna görə də optimal variant çoxlu kiçik şirkətlərin yox, yetərli sayda güclü və dayanıqlı şirkətlərin olmasıdır”.

K.Babayev sonda qeyd etdi ki, bazarda zəif şirkətlər qalmayacaq: “Bütün bazarlarda belədir, bu təbii bir prosesdir. Şirkət çox olduqca bazar payı azalır, kifayət qədər vəsait olmur. Ona görə də, dözənlər dözəcək, dözməyənlər bazarda qala bilməyəvək. Onu da qeyd edim ki, Azərbaycanda ortalama 12-15 arası şirkətin olması kifayət edir”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...