Redaktor
Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 162 ölkəsindən 338,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata əsasən, gələnlərin 23,4 %-i Rusiya Federasiyası, 18,6 %-i Türkiyə, 9,9 %-i Hindistan, 9,3 %-i İran, 5,0 %-i Gürcüstan, 3,3 %-i Qazaxıstan, 3,2 %-i Pakistan, hər birindən 2,9 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 %-i Küveyt, 1,7 %-i Özbəkistan, 1,6 %-i Çin, hər birindən 1,4 % olmaqla Türkmənistan və Ukrayna, 1,2 %-i İsrail, 1,1 %-i Oman, 11,3 %-i digər ölkələrin vətəndaşları olmuşdur.
Gələnlərin 72,2 %-ini kişilər, 27,8 %-ini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 %, Hindistandan - 44,0 %, Qırğızıstandan - 25,7 %, Qazaxıstandan - 21,0 %, Pakistandan - 19,6 %, Misirdən - 18,9 %, ABŞ-dan - 17,4 %, Niderlanddan - 16,5 % artmışdır.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 % azalaraq 11,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,9 % azalaraq 62,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 % azalaraq 107,4 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,8 % artaraq 158,1 min nəfər təşkil etmişdir.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,2 %i hava, 27,2 %i dəmir yolu və avtomobil, 1,6 %i isə dəniz nəqliyyatından istifadə etmişdir.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026