Redaktor
Polygraf AI Mərkəzi Asiya ölkələrinin startapları arasında qalib seçildi
Bakı, Azərbaycan - Azərbaycanlı startapçı Yaqub Rəhimov tərəfindən əsası qoyulmuş Polygraf AI, Silkroad İnnovasiya mərkəzinin təşkil etdiyi “Road to TechCrunch Battlefield 200” yarışmasının qalibi olub.
Valyuta.az Mərkəzi Asiya, Qafqaz və Türkiyədən qoşulmuş 400-dən çox startap arasından qalib seçilən şirkət qlobal nüfuzlu TechCrunch 2025 yarışmasında finala birbaşa vəsiqə qazanıb.
Polygraf AI süni intellektin sürətlə nüfuz etdiyi dövrdə təşkilatların məlumat təhlükəsizliyini qorumağa və deepfake risklərinin aşkarlanmasına yardım edir. Platforma deepfake səs və saxta məzmunu aşkar edir, həmçinin OpenAI, Gemini və Microsoft Copilot kimi süni intellekt alətlərinə məxfi məlumatların sızmasının qarşısını alır.
Bildirək ki, bu uğur şirkətin cari il ərzində qazandığı ardıcıl qalibiyyətlərin davamıdır. Belə ki, bundan öncə də Polygraf Aİ ABŞ-da keçirilən SXSW Pitch, SummerFest Tech kimi daha iki nüfuzlu yarışda qalib adını qazanmışdı.
“Bu qalibiyyət Polygraf Aİ komamdası olaraq işimizin qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Fəaliyyətimiz lokal Kiçik Dil Modeli (SLM) texnologiyası ilə kritik əməliyyat komandalarını komplayns risklərindən qorumağa, həm də süni intellekt əsaslı fırıldaqçılığın qarşısını almağa yönəlib. San-Fransiskoda keçiriləcək TechCrunch Disrupt tədbirində missiyamızı daha geniş auditoriyaya çatdırmaq, eləcə də Battlefield 200 yarışında qalibi olub tarixi bir ilk yaratmaq imkanıdır,” — deyə Polygraf AI-nin baş icraçı direktoru Yaqub Rəhimov bildirib.
Polygraf AI haqqında
Polygraf AI - süni intellekt dövründə şəffaflıq, təhlükəsizlik və etibarlılıq üzərində qurulmuş bir platformadır. Şirkət təşkilatlara deepfake, sintetik təhlükə, məlumat itkisi və daxili riskləri vaxtında aşkar etməyə kömək edir. Ətraflı məlumat üçün: www.polygraf.ai
TechCrunch haqqında
TechCrunch - dünyanın ən nüfuzlu texnologiya mediası və startap ekosisteminin aparıcı platformalarından biridir. 2005-ci ildən fəaliyyət göstərən TechCrunch hər il minlərlə texnologiya şirkəti və investorları bir araya gətirən TechCrunch Disrupt konfransını təşkil edir. Bu tədbirdə Startup Battlefield yarışması vasitəsilə seçilən ən perspektivli startaplar qlobal səhnədə öz həllərini təqdim edir.

Aydın
Əlaqəli Xəbərlər
Azərbaycan startapı "TechCrunch Road 2 Battlefield 2025"in finalında
Vençur dünyasına bələdçi: biznes-mələklər kimlərdir?
"Aurora Tech Award 2026" mükafatı üçün müraciətlərin qəbulu başlayıb